Hyundai Motor Group şirkəti və Amerikanın elektromobillər istehsalçısı “Canoo” birgə, gələcək Kia və Hyunadi modelləri üçün elektromobillər platforması yaradırlar. Bu barədə, rus mətbuatına daxil olan press-relizdə məlumat verilir.
Qeyd edilir ki, yeni platforma Hyundai və Kia avtomobillərinin istehsal prosesini asanlaşdırıb standartlara uyğun olmasını təmin edəcək. Nəticədə alıcılar onu daha da ucuz əldə edə biləcəklər.
Hyundai Motor Group şirkəti əmindir ki, 2025-ci ildə konsernin ümumi satış həcminin 25%-ni hibrid və ya tam elektrik güclü aqreqat modelləri təşkil edəcək.
22 yanvar tarixində bəlli olub ki, Hyundai Elantra ( maşın Cənubi Koreyada Avante adı ilə satılır) sedanının yeni nəsli 2020-ci ilin sonunda təqdim ediləcək.