“Hyundai” uçan avtomobillərin yaradılması ilə məşğul olacaq

Date:

Paylaş:

Cənubi Koreyanın “Hyundai Motor Group” şirkəti uçan avtomobillərin hazırlanması üçün “Urban Air Mobility Division” adlı xüsusi bölmə yaradıb.

Yeni bölmə bütün dünyada yol trafiki ilə bağlı problemlərin həlli üzrə innovativ layihələrin icrası ilə məşğul olacaq.

Məlumata görə, “Urban Air Mobility Division” bölməsinə ABŞ Kosmik Agentliyinin (NASA) aeronavtika sahəsində tədqiqatlar üzrə şöbəsinin (Aeronautics Research Mission Directorate) keçmiş rəhbəri, təcrübəli mühəndis Cayvon Şin başçılıq edəcək. O, çoxsaylı layihələrə, o cümlədən “X-Plane” seriyalı səsdən sürətli təyyarənin hazırlanmasına, sürücüsüz nəqliyyat vasitələrinin trafikinin idarə olunmasına və s. rəhbərlik edib.

Uçmaq qabiliyyətinə malik avtomobillər uzun illər konsepsiya şəklində olsa da, hazır həllərin işlənilməsinə başladıqdan sonra yaxın on il ərzində onları görmək mümkün olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...