Əsas səhifə Biznes sahələri Avtomobil Hyundai şirkəti səkkizinci nəsil Sonata modelinin yeni modifikasiyalarını təqdim edib

Hyundai şirkəti səkkizinci nəsil Sonata modelinin yeni modifikasiyalarını təqdim edib

126
Paylaş

Bu gün Seulda işinə başlamış avtosalonda Hyundai şirkəti səkkizinci nəsil Sonata modelinin yeni modifikasiyalarını təqdim edib. Artıq yeni Sonata Turbo və Hybrid modfikasiyalarında təklif ediləcəkdir.

Hyundai Sonata Turbo adi sedandan aqressiv ön bamper və qara dekoru ilə seçilir. Bu rəngə avtomobilin radiator barmaqlığı, moldinqləri və yan güzgülərinin gövdələri boyanıbdır. Turbo modifikasiyasının kapotu altında SmartStream ailəsindən olan dörd silindrli G1.6 T-GDi mühərriki yerləşir. Birbaşa çiləmə və turbokompressorla təchiz edilmiş mühərrik 180 at qüvvəsi hasil edir. Yeni turbomotor səkkiz pilləli avtomatik qutu ilə tandemdə çalışır.

Hyundai Sonata Turbo

Hibrid Sonata barədə məlumat çox azdır. Bu model digərlərindən iti bucaqları olan bamperi və aerodinamika nöqteyi nəzərindən mükəmməl olan 16 və ya 17 düymlük təkər diskləri ilə seçilir. Güc qurğusu 2,0-litrlik atmosfer mühərriki və elektromotordan ibarətdir. Modelin ortalama yanacaq sərfiyyatı sələfi ilə müqayisədə 10% azalaraq 100 kilometrə 5 litr olub. Buna səbəb avtomobilin şüşə tavanında olan günəş batareyalarıdır. Aydın havada bu panellər akkumulyatorları dolduran havayı elektrik enerjisini hasil edir. Koreya istehsalçısının mühəndislərinin hesablamalarına görə, günəş enerjisi ilə sedan ildə 1300 kilometr qət edə bilər.

Hər iki versiya Koreya bazarında bu ilin yay aylarında satılmağa başlayacaqdır. O zaman da avtomobillər haqqında ətraflı məlumat veriləcəkdir.