Əsas səhifə Biznes sahələri Avtomobil Hyundai şirkəti Bose firması ilə əməkdaşlığa başlayıb

Hyundai şirkəti Bose firması ilə əməkdaşlığa başlayıb

46

Hyundai şirkəti Bose firması ilə əməkdaşlığa başladığını bəyan edib. Premium səs sistemləri istehsalçısının məhsulunu ilk dəfə alan Hyundai modeli yeni nəsil Sonata sedanı olacaqdır. Səs sisteminin 12 dinamikinin yerləşməsi və 12 kanallı gücləndiricinin tənzimləmələri xüsusi olaraq Sonata modeli üçün optimallaşdırılıb.

Yeni səs sistemində dərin baslara ön qapılardakı Bose Super65 dinamiklərinin və arxa rəfdəki 230-millimetrlik sabvufer cavabdeh olacaqdır. Ön panelin mərkəzində ortatezlikli dinamik, kənarlarında isə, 60 millimetrlik Twiddler’lər quraşdırılacaqdır. Qapılarda da yüksəktezlikli tviterlər yerləşdiriləcəkdir.

Həcmli səs effektinin əldə edilməsi üçün, yeni Sonata modelində Bose Centerpoint texnologiyasında istifadə olunacaqdır. Bundan başqa audiosistem, hər bir sərnişin üçün fərdi səs səhnəsini yaradan Surround Stage funksiyasına, həmçinin sürətdən asılı olaraq səsin yüksəkliyini və musiqinin tembrini tənzimləyən Dynamic Speed Compenasation sisteminə də sahib olacaqdır.

Yeni nəsil Hyundai Sonata sedanın eksteryeri və interyeri, bir neçə gün bundan öncə, istehsalçı tərəfindən dərc edilmiş rəsmi şəkillərdə açıqlanıb. Yeni Sonata modelinin xarici görünüşü Sensuous Sportiness adlı dizayn üslubunda hazırlanıbdır.

Xatırladaq ki, Bose səs sistemlərini Audi, Buick, Cadillac, Chevrolet, Fiat, GMC, Infiniti, Mazda, Nissan və Porsche kimi istehsalçılar öz avtomobillərində quraşdırırlar.

Rəy bildir

Please enter your comment!
Please enter your name here