Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkətinin Sədri vəzifəsinə yeni təyinat olunub.
Əldə edilən məlumata görə, cari ilin dekabr ayında keçirilən “Auto Azərbaycan” MMC-nin Müşahidə Şurasının iclasında şirkətin yeni İdarə Heyətinin Sədri vəzifəsinə Emil İsmayılov təyin edilməsi qərarı verilmişdir.
Emil İsmayılov bu şirkətdə əmək fəaliyyətini 2003-cü ildə başlamış, müxtəlif vəzifələrdə çalışmış və ən son İdarə Heyyətinin Sədrinin 1-ci müavini vəzifəsinə qədər yüksəlmişdir.
1996-cü ildə təsis edilmiş “Auto Azərbaycan” hal-hazırda Azərbaycanın aparıcı şirkətlərindən biridir.