Əsas səhifə Biznes sahələri Avtomobil Hyundai 2025-ci ilə qədər 20-dən çox yeni elektrik avtomobili modeli buraxmağı düşünür

Hyundai 2025-ci ilə qədər 20-dən çox yeni elektrik avtomobili modeli buraxmağı düşünür

123
Paylaş

Cənubi Koreya avtomobil istehalçısı Hyundai şirkəti qarşıdakı beş ildə 23 yeni elektrik avtomobili modeli buraxmağı planlaşdırıb. Bu barədə CNN məlumat verir.

Qeyd edək ki, şirkət həmçinin bildirib ki, həmin müddət ərzində onlar “gələcək mobil texnologiyalar”a da 35 mlrd dollar sərmayə qoymaq fikrindədirlər.

Cənubi Koreya prezidenti Moon Jae In-in sözlərinə görə, ölkə, “dünyada ilk dəfə olaraq maşınların pilotsuz idarə edilməsinin ticarəti ilə məşğuldur”.

Hyundai-ın araşdırma mərkəzində çıxış edən prezident bildirib ki, növbəti on il ərzində ölkədəki avtomobillərin üçdə biri ya elekterik olmalı ya da hidrogenlə işləməlidir.