Oksford Universitetinin professoru belə izah edib ki, humanitar elmlər öz imkanlarını dəyərləndirməyi və daha uğurlu lider olmağı öyrədir.
Professor mühazirəsində bildirib ki, təkcə rəqəmlər və dəqiq hesablama deyil, humanitar elmlər də biznesin gəlirliliyinə təsir edir.
Dünyada və tarixdə yeri
Humanitar elmlər bir çox sahələrdə tətbiq olunur,o cümlədən biznesdə. Bəs nə üçün o məhz iş adamlarına da lazımdır? Çünki, biznesmenlərin geniş kənar dairələri olur, yəni, onlar xariclə əlaqələr qururlar. İlk biznesmenlər tacirlər olublar və ticarətlər məşğul olublar. Bəs bununla məşğul olanlar barədə nəyi bilmək lazımdır? Bunu bilməliyik ki, insanlar fərqli olurlar, onların hissləri, düşüncələri də fərqli olur – reallıqda bu barədə ancaq humanitar elmlər məlumat verir. Əlbəttə, təcrübə çox şey öyrədir, amma məhz humanitar bilgilər insana dünya barədə şəxsi təsəvvürünün təbii olduğunu düşünməməyi öyrədir.
Digər bir tərəfdən o insanın dünyada və tarixdəki yeri barədə də təsəvvürlər yaradır – hardan gəlmisən, indi nə edirsən, işin nə kimi perspektivləri var. O yaxın gələcək haqqında düşünməyi və onunla əlaqədar hesablar aparmağı öyrədir. Onunla strateji düşünmək qabiliyyəti asanlaşır və ən əsası sən anlayırsan ki, çox şey səndən asılıdır və doğru qərarlar da verə bilirsən. Bundan başqa, səndən asılı olmayan məsələləri də bilmiş olursan; imkanlar çərçivəni dəyərləndirməyi, nəyi planlaşdırıb nəyi planlaşdırmamağı öyrədir. Mürəkkəb düşünmək vərdişini, imkanını və bacarığını aşılayır.
Kültür “ömürlük qanun” kimi
Bizim fikir və təsəvvürlərimizi məhz kültürün müəyyən etdiyini biləndə onları dəyişmək imkanı əldə edirik: həm fikirlərimizi, həm davranışlarımızı, həm də hətta stereotipin özünü belə – hərçənd, bu tək bir insanın imkanları həddində deyil. Stereotiplər – ömürlük qanun kimi deyillər, onlar dəyişkəndirlər, çünki onları insanlar yaradır. Kültür – məlumatların nəsildən-nəslə qeyri-irsi şəkildə ötürülmə sistemi. Hansısa dəyişikliklər məhz bizim gözümüzün qabağında baş verir. Kültür kimi qəbul etdiyimiz nəsə heç də onu bildirmir ki, biz həmişə elə düşünməyə və hiss etməyə məhkumuq. Bu təsəvvür çox faydalıdır: sən digər insanların başqa cür düşünüb hiss etdiyini bilirsən və bu, öz “sərhədləriniz”dən kənara çıxmağa kömək edir. Bu da hər bir biznesmen üçün vacibdir.
Humanitar elmlər və nəticə
Dünya bilginin gəlirliliyə necə təsir etdiyini təsəvvür etmək çətindir? Güman ki, burada söhbət tez bir zamanda əldə edilən faydadan getmir. Dediyimiz 3,5%-dən 4,5%-ə kimi artmayan gəlir norması barədədir. Amma təbii ki, geniş düşüncəli insanın böyük üstünlükləri var – eyni zamanda biznesdə. O, öz işini başqa cür qurmaq imkanına malik olur. Steve Jobs deyib ki, təkcə texnologiya bəs etmir, texnologiyalara humanitar elmlər də əlavə olunanda ürəyincə olur. Çünki bu zaman nəticə əldə edilir.
Liderin emosional zəkası
Çox peşəkar bankirlərdən biri deyib ki, lider menecerdən fərqlənir. O müşahidə edib ki., lider menecerdən fərqli olaraq, həmişə ətrafına özündən daha ağıllı olan adamları və ən əsası özlərinin ondan ağıllı olduqlarını bilənləri toplayır. Menecerə isə belələri lazım deyil, axı hər şey qaydasında olanda işləmək rahatdır – sənə daha çox hörmət bəsləyirlər. Qərar qəbul etmək məsuliyyəti istənilən halda liderin üzərində olur, amma o maraqla söhbət və mübahisə edə biləcəyi insanı seçir. Liderlik birbaşa zəka ilə əlaqəli deyil. Belə ki, iri biznesmenlərdən biri ağır məğlubiyyət yaşayır, çünki, strateji olaraq səhv nəticələnən proqnoz verir, amma heç kim ona etiraz etmir. Ona görə yox ki, ondan qorxurlar – sadəcə ona görə ki, hamı onun ən ağıllı olduğunu və ona görə də nə dediyini bildiyini düşünüb.
Emosional zəka dedikdə isə ilk öncə öz emosiyalarını idarə edə bilmək nəzərdə tutulur. Bu, düzgün və düşünülmüşdür, həmçinin, insana çox lazımdır – yenilməmək, nəzarət etmək, onları (emosuyalar) öz xeyrinə istifadə etmək. İstənilən, hətta qəzəb və qorxu kimi xoşagəlməz emosiyaları da düşünülmüş istiqamətdə yönləndirmək olar. Bundan başqa, liderin əsas özəlliyi empatiya və ya simpatiya qabiliyyətinin olmasıdır. Amma simpatiya dedikdə, bizim kiminsə haqqında dediymiz simpatiya nəzərdə tutulmur. Söhbət özünü başqasının yerində təsəvvür etməkdən gedir. O, empatiyadan fərqlənir: empatiya – başqa birisinin hiss etdiyini hiss etməkdir. Bu hardasa, mümkünsüzdür, sən başqasının hiss etdiyini duya bilməzsən; amma sən başqasının nə hiss etdiyini onun yerində olmaqla təsəvvür edə bilərsən. Və təsəvvür edə bilərsən ki, onun yerində sən olsaydın nə hiss edərdin. Bu bacarıq idarəçilik, rəhbərlik işində də çox kömək olur və elə humanitar biliklə, emosional intellektlə tamamlanır.
Biznes-təhsildə emosiyalar
Məlumdur ki, insan heç də rasional varlıq deyil və heç vaxt rasional hərəkət etmir. Bütün böyük incəsənət bunu sübut edir. Amma sual yaranır, bu belə pisdirmi? Bəlkə də bunda yaxşı heçnə yoxdur? Bugün bu mövzu ilə ən fərqli sahənin adamları maraqlanırlar – psixoloqlar, kültür tarixçiləri, iqtisadiyyatçılar, sosioloqlar, bioloqlar. Və elm də çoxlu sayda bu qeyri-rasional sahənin rasional təhlil texnikalarını toplayıb.