“Huawei”in gəliri artıb

Date:

Paylaş:

Çinin iri texnologiya şirkəti olan “Huawei”nin ötən ilki satış dövriyyəsi 19 faiz artaraq 721,2 milyard yuana (təxminən 105,2 milyard ABŞ dolları) çatıb. Şirkətin xalis gəliri isə əvvəlki illə müqayisədə 25,1 faiz yüksələrək 8,82 milyard dollar olub.

Bu barədə “Huawei”nin ötən ilki fəaliyyətinə dair hesabatda qeyd olunur. Şirkətin dövriyyəsinin əsas hissəsini (45,1 faiz) smartfon satışları da daxil olmaqla istehlak biznesi təşkil edib. Bildirilir ki, ötən il tədqiqat və inkişaf işlərinə əvvəlki ildəkindən 14,1 faiz çox (15,1 milyard dolar) sərmayə yönəldilib. Bununla da son 10 ildə tədqiqat və inkişaf layihələrinə yönəldilən vəsaitin ümumi məbləği 71,4 milyard dollara çatıb.

Şirkətin sədri Quo Pin deyib ki, beşinci nəsil mobil rabitə (5G) erasında bir çox şirkətin tərəfdaş olaraq “Huawei”ni seçməsi müəssisənin biznesinin inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, 1987-ci ildə yaradılan “Huawei” informasiya-kommunikasiya texnologiyaları və mobil cihazlar üzrə ixtisaslaşıb. Şirkətin fəaliyyəti 170-dən çox ölkə və regionu əhatə edir. Əməkdaşlarının ümumi sayı 180 mini ötüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...