Çinin telekommunikasiya şirkəti “Huawei”nin 19 sentyabr 2019-cu il tarixində tanıtdığı “Mate 30” və “Mate 30 Pro” smartfon modelləri böyük maraqla qarşılanıb.
“Mate” seriyasının satışları Çində ilk üç saatda 1 milyon ədədi ötüb. Şirkət həmçinin sözügedən smartfonların qiymətində endirimlər etdiyini də açıqlamışdı.
Smartfonda “Google” xidmətlərinin olmaması modelin Avropada da satışa çıxarılıb-çıxarılmayacağını sual altında qoyur.