Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Huawei” və “Samsung” şirkətləri arasında patent mübahisəsi başa çatıb

“Huawei” və “Samsung” şirkətləri arasında patent mübahisəsi başa çatıb

31

Çinin “Huawei” smartfon istehsalçısı və Cənubi Koreyanın “Samsung” şirkəti arasında patent hüququnun pozulması ilə bağlı uzun müddət davam edən mübahisə həll olunub. Bu barədə “Beijing Business Today” nəşri məhkəmə sənədinə istinadən məlumat verib.

 Quandun əyaləti Ali Xalq Məhkəməsinin məlumatına görə, iki texnoloji nəhəng tərəflərə məxsus patentdən birgə istifadə üçün əsas olacaq razılığa gəlib.

Bundan başqa, şirkətlər tərəfindən patent hüququnun pozulması ilə bağlı qaldırılmış digər iddialar həllini tapacaq.

Şirkətlər müvafiq ittihamların ləğv edilməsi üçün işə başlamağı planlaşdırırlar. Razılaşma barədə ətraflı məlumat verilmir.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here