Çinin Huawei şirkətinin yeni Mate 30 flaqmanında Google xidmətləri tətbiqi quraşdırmaq və istiadə etmək mümkün olmayacaq. Bu barədə Bloomberg xəbər verir.
Qeyd edək ki, ekspert Jhon Woo öz bloqunda, Google xidmətlərindən Mate 30 smartfonlarında istifadəni davam etdirməyə imkan verən LZ Play tətbiqinin istifadəsi ilə bağlı təlimat dərc etdikdən sonra Google tətbiqlərindən istifadəyə tam qadağa qoyulur. Bundan sonra Google xidmətlərinin yüklənə biləcəyi tətbiq və saytlara giriş bağlanıb. Hal-hazırda istifadəçilər ancaq Android bazasında Huawei interfeysinə malikdirlər.
Huawei şirkəti onların LZPlay-lə heç bir əlaqələrinin olmadığını bildirib.
19 sentyabrda şirkət Münxendə yeni Mate 30 flaqmanını təqdim edəndə xəbər verilmişdi ki, smartfonlar Google xidmətlərinə girişsiz Android sistemində işləyəcəklər.