Şanxayda keçirilmiş konfransda Çinin “Huawei” şirkəti “MateBook E 2019” adlı yeni noutbuk-planşetini təqdim edib. Qurğu “Windows 10” sisteminin idarəetməsi altında işləyir. Bu modelin əvvəlkindən əsas fərqi odur ki, onda “Intel” prosessoru deyil, ABŞ-ın “Qualcomm” şirkətinin “Snapdragon 850” prosessoru quraşdırılıb.
“Öz xüsusiyyətlərinə görə planşet “iPad Pro” və “Microsoft Surface” arasında bir mövqe tutur. Cihaz 110 və ya 160 dərəcəlik bucaq altında tənzimlənən daxili altlığa malikdir, planşet və kompüter rejimində iş üçün əlçatandır, “Snapdragon 850” prosessoru sayəsində həmişə LTE şəbəkəsinə qoşuludur. Bundan başqa, həmçinin “eSIM” texnologiyası dəstəklənir və barmaq izi skaneri var.
“MateBook E 2019” qurğusu “4G LTE”, “Wi-Fi-I” (802.11ac, 4×4 MIMO) və “Bluetooth 4.1” texnologiyalarını dəstəkləyir. Planşet 2160×1440 təsvir ölçülü 12 düym diaqonallı sensor ekran, 13 və 5 meqapiksellik kameralarla təchiz edilib.