“Huawei” şirkəti ilk “Honor Smart Screen” televizorunu təqdim edib

Date:

Paylaş:

“Huawei” şirkətinin “Honor” subbrendi ilk “Honor Smart Screen” televizorunu nümayiş etdirib.

Bu, hazırda tamamlanmış məhsul deyil. “Honor” bölməsinin rəhbəri Jao Minqanın sözlərinə görə, şirkət televiziya üçün yeni eraya başlayır. Rəqəmli və internet televiziyası dövrü artıq başa çatır, onları isə “ağıllı” ekranlar əvəzləyir.

Çin istehsalçısı təkcə əyləncə deyil, eyni zamanda bütün evin mərkəzi olacaq televizor təqdim edəcəyini vəd edir. Bu, smartfon funksiyalarına malik televizor – məlumat mübadiləsi mərkəzi olacaq. Televizor vasitəsilə “ağıllı” evin digər qurğularını idarə etmək mümkün olacaq.

Məlumata görə, yeni “Honor” televizoru güclü platforma, süni intellekt imkanları ilə təchiz ediləcək, eləcə də beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) və bir neçə kameranı dəstəkləyəcək.

“Honor Smart Screen” televizorunun rəsmi təqdimatı avqustun əvvəlinə planlaşdırılır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...