ABŞ sanksiyaları nəticəsində Google şirkəti ilə əməkdaşlığın dayandırılmasından sonra Huawei şirkəti öz smartfonları üçün fərdi əməliyyat sisteminin hazırlanmasından danışmışdı. Lakin bu məsələdə yeni platforma üçün aktual olacaq tətbiqlərin sayı sualı ortada qalmışdı.
Yeni məlumat sızıntısına əsasən isə şirkət bu istiqamətdə də aktiv şəkildə çalışır. Belə ki, XDA-Developerssaytı öz mənbələrinə istinadən Huawei şirkəti tərəfindən Android platforması üçün proqram təminatının yaradılması ilə məşğul olan tərtibatçılara göndərilmiş elektron məktubu ortaya çıxardıb. Bu barədə 4pda saytı xəbər verib.
Həmin elektron məktubdakı mətnə əsasən şirkət tərtibatçılara öz tətbiqlərini AppGallery adlı online mağazaya yerləşdirməyi təklif edir. Şirkətin sözlərinə səasən bu cür əməkdaşlıq tərtibatçılara 350 milyondan çox satılmış cihazlara (yarısı qərb bazarını əhatə edir) və 270 milyon aktiv istifadəçiyə çıxışlarını təmin edəcək. Şirkət öz tərəfindən AppGallery-də yerləşdiriləcək tətbiqlərin tam dəstəyini söz verir.
Bunun üçün şirkət bildirib ki, AppGallery mağazasının tərtibatçılar cəmiyyətindəki iştirakçıların sayı artıq 560.000 nəfərdir. Heç istisna deyil ki, şirkət artıq indidən fərdi əməliyyat sistemi üçün tətbiqlərin bazasını hazırlamağa başlayıb. Qeyd etmək lazımdır ki, keçən həftə məlum olmuşdu ki, Google şirkəti Huawei şirkətinin ABŞ bazarına geri qaytarılması yolunda ABŞ hökumətini razı salmağa çalışır.