“Huawei” şirkəti Çində güclü superkompüter tikir

Date:

Paylaş:

“Huawei” şirkəti Pen Çen tədqiqat laboratoriyası (Peng Cheng Laboratory, PCL) ilə birlikdə “Peng Cheng Cloud Brain II” superkompüterinin layihəsinin ilkin mərhələsini təqdim edib. Süni intellektlə əlaqədar hesablamalar üçün nəzərdə tutulan sistemin layihə üzrə məhsuldarlığı təqribən min petaflops təşkil edəcək.

“Cloud Brain II” superkompüteri “Huawei Kunpeng” “ARM” prosessorlarının və “Huawei Ascend 910” süni intellekt hesablama sürətləndiricilərinin istifadə olunduğu “Huawei Atlas 900 AI” klasterləri üzərində qurulub.

Qeyd olunur ki, hazırda – sistemin inşası üzrə birinci mərhələ başa çatdıqdan sonra “Cloud Brain II” superkompüterinin məhsuldarlığı 100 petaflopsa bərabərdir. Lakin 2020-ci ilədək məhsuldarlığın 1000 petaflopsadək artırılması planlaşdırılır.

“PCL” laboratoriyası nümayəndələrinin sözlərinə görə, sistem tam hazır olduqdan sonra süni intellektlə əlaqədar tədqiqatlar üçün dünyanın ən güclü platforması olacaq. “Cloud Brain II” ümumilikdə süni intellekt, o cümlədən kompüter görmə, sürücüsüz avtomobillər və s. sahələrdə tədqiqatlar üçün nəzərdə tutulub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...