Huawei şirkətinə ABŞ məhkəmələrinə müraciət etmək qadağan oluna bilər

Date:

Paylaş:

Amerikalı senator və respublikaçı Marco Rubio “Dövlət müdafiəsinə icazə qanunu”-na dəyişikliyin edilməsi sorğusunu göndərib. Yeni düzəliş Huawei şirkətinə onun patentlərindən istifadəyə görə lisenziya ödənişlərinin edilməməsi özəlliyini özündə daşıyır.

Bu barədə Reuters saytına istinadən Gagadget saytı xəbər verib. Lisenziya ödənişlərinin edilməsi üzrə məsələ Huawei şirkəti ilə ABŞ-ın Verizon mobil operatoru arasındakı konfliktdən sonra aktual oldu.

Belə ki, Huawei şirkəti şəbəkə təchizatı, strukturu və internet texnologiyaları sahəsində istifadə edilmiş patentlərə görə Verizon şirkətindən 1 milyard dollar ödəniş tələb edir. Verizon şirkəti də ABŞ hökumətinə müraciət edəndən sonra senator Marco Rubio Huawei şirkətinin bu tələbini əsassız adlandırıb və xəbərin əvvəlində olan düzəlişin baxılmasını təklif edib. Bu düzəliş isə öz növbəsində Huawei şirkətinin təzminat tələbi məsələlərində ABŞ məhkəmələrinə ümumiyyətlə müraciətini sonlandıra bilər.

Şirkətin hüquq məsləhətçisi Song Liuping isə qeyd edib ki, intellektual mülkiyyət hüququ siyasiləşdirilməməlidir. O həmçinin qeyd edib ki, 2015-ci ildə şirkət lisenziyalaşdırmadan 1.4 milyard dollar gəlir əldə edib. Lakin bununla yanaşı o, digər şirkətlərin patentlərinə 6 milyard dollardan çox vəsait xərcləyib. “Biz sadəcə olaraq inanmırıq ki, Marco Rubio-nu təqdim etdiyi düzəliş qanun kimi qəbul edilsin. Biz əsas gəlir mənbəyi royalti olan şirkət olmaq niyyətində deyilik” – deyə hüquq məsləhətçisi bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...