“Huawei” şirkəti böyük ekranlı yeni noutbukunu təqdim edib

Date:

Paylaş:

“Huawei” şirkəti “Honor MagicBook Pro” adlı yeni noutbukunu təqdim edib. Yeni noutbuk yüngüldür, displey ön panelin səthinin 90%-ni tutur və avtonom işləmə vaxtı 14 saatadək təşkil edir.

Ekranın diaqonalı 16,1 düym, təsvir ölçüsü 1920×1080 piksel təşkil edir. Displeyin tərəflər nisbəti 16:9-dur. Kənar çərçivələrin qalınlığı 4,9 mm-dən çox deyil.

“Honor MagicBook Pro” noutbuku standart versiyada “Core i5” prosessoru ilə təchiz edilib. Bir qədər bahalı versiyası “Core i7-8565U” prosessoru ilə işləyir. Hər iki versiya 8 QB əməli yaddaşa və 512 QB-lıq SSD daşıyıcısına malikdir. “Huawei” şirkəti “NVIDIA GeForce MX250” qrafik sürətləndiricisinə üstünlük verib. Şirkətin iddiasına görə, noutbuk, demək olar, səssiz işləyir.

1,7 kq ağırlığında olan “MagicBook Pro” noutbuku 14 saatadək avtonom işləyə bilir.

Sözügedən modelin satışına 29 iyulda start veriləcək. “Core i5” ilə təchiz edilmiş versiyanın qiyməti 800 dollar, “Core i7” ilə isə 900 dollar təşkil edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...