Əsas səhifə Biznes sahələri Texnologiya Huawei, qatlanan ağıllı telefonunu təqdim edib

Huawei, qatlanan ağıllı telefonunu təqdim edib

243
Paylaş

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkəti, qatlana bilən ekranlı ilk ağıllı telefonunu Barselonada təşkil olunan tədbirdə təqdim edib.

“Mate X” adı ilə bazara çıxarılacaq telefonun ən əsas xüsusiyyəti kənara doğru qatlanaraq, 20 santimetr enində geniş ekranlı bir planşetə çevrilməsidir. Telefonun qiyməti isə 2299 avro olaraq müəyyənləşdirilib.

“Mate X”  5G-ni dəstəkləyir. “Huawei”dən verilən məlumata görə, “Huawei Mate X”, qatlanana “Ful View” texnologiyası ilə 6,6 düymdən 8 düymə böyüyən ekranı və tamamilə yeni bir interfeysi birləşdirir.

5G şəbəkə dəstəyinə malik olacaq telefonun 2299 avroluq satış qiyməti  tənqidlərə səbəb olub.