Əsas səhifə Xəbərlər “Huawei”- ə qarşı ağır ittiham

“Huawei”- ə qarşı ağır ittiham

200
Paylaş

ABŞ-ın federal orqanları Çinin “Huawei” şirkətinə qarşı araşdırma aparır, onu amerikalı tərəfdaşlarından kommersiya məlumatları oğurlamaqda şübhəli bilirlər.

“Bizplus.az” “Report”-un TASS-a istinadən yaydığı xəbərə görə bildirir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” qəzeti yazıb.

Mənbələrin məlumatına görə, şirkətə qarşı cinayət törətmək ittihamı irəli sürülə bilər.

ABŞ hökuməti güman edir ki, “Huawei”in kommersiya xarakterli məlumatların oğurlanmasında əli ola bilər. Məlumatlar guya Amerikanın “T-Mobile” şirkətinin smartfonların yoxlanılması üçün istifadə etdiyi avadanlıqlarla bağlıdır/

Daha əvvəl Çin Kanadadan “Huawei”in maliyyə direktorunu dərhal buraxmağı tələb edib.