Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Huawei” Niderlandın TomTom şirkəti ilə müqavilə bağlayıb

“Huawei” Niderlandın TomTom şirkəti ilə müqavilə bağlayıb

34
Paylaş

“Huawei”  Technologies Niderlandın GPS-cihazlar təchizatçısı TomTom şirkəti ilə razılıq imzalayıb. Belə ki,şirkət, sonuncunun kartından v xidmətlərindən öz smartfonlarıda istifadə edəcək. Bu barədə Reuters TomTom nümayəndəsinə istinadən xəbər verir.

Artıq “Huawei” TomTom texnologiyasından və məlumatlarından smartfonları üçün tətbiqlərin hazrlanmsında istifadə edə biləcək. TomTom nümayəndəsi əməliyyatın məbləğini və digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, 2019-cu ildə Çinlə ticarət müharibəsinə görə ABŞ “Huawei”i qara siyahya salmışdı. İndi “Huawei” amerikan şirkətləri ilə 2020-ci ilin 16 fevralında bitəcək müvəqqəti lisenziya əsasında işləyir.