Əsas səhifə Məqalələr Marketinq Huawei Mate X smartfonlarına öncədən sifarişi qəbul edib

Huawei Mate X smartfonlarına öncədən sifarişi qəbul edib

174
Paylaş

Huawei şirkəti qatlanan ekranlı Mate X smartfonları üçün öncədən sifariş imkanı yaradıb. Satışlar bu ilin noyabr ayının 15-i Çində başlayacaq. Cihazın qiyməti təxminən 2400 dollar olacaq. Şirkət nümayəndəsi bidirib ki, smartfonun digər bazarlara da çıxarılması məsələsi hələ ki, müzakirə olunur.

Huawei Mate X smartfonunu 2019-cu ilin fevralında təqdim edib. Amma şirkət iki dəfə satışı təxirə salıb – istehsalçı Samsung-un qatlanan Galaxy Fold smartfonundakı problemdən sonra  əlavə sınaqlar keçirməli olub.

Mate X 5G şəbəkəsini və iki SIM-kartı dəstəkləyir. Qatlanmış vəziyyətdə diaqonalı 8 dyüm təşkil edir ( 2480 x 2200 piksel).