Huawei Mate 30 Pro modelinin keyfiyyətli render fotosu ortaya çıxıb

Date:

Paylaş:

Huawei Mate 30 Pro flaqman smartfonun təqdimatına hələ bir xeyli vaxt var. Lakin bu smartfon barəsində artıq bir sıra məlumat sızıntıları baş verib. İndi isə internetə Mate 30 Pro modelinin keyfiyyətli render fotosu ortaya çıxıb. Bu barədə Androidpure saytına istinadən 4pda saytı xəbər verib. Ortaya çıxmış render fotosundan da görmək olar ki, Mate 30 Pro modeli dizayn mövzusunda əvvəlki modeldən bir qədər fərqlənəcək.

İlk baxışdan adama elə gələr bilər ki, smartfonun arxa panelində 5 kamera modulu var. Lakin əslində smartfoun arxa panelində 4 kamera modulu var və 5-ci kamera modulu kimi görünən hissə işıqlandırma sistemidir. Arxa paneldə yerləşdirimiş kamera hissəsindəki yazıya əsasən demək olar ki, smartfonun əsas kamera modulu Leica Vario Summilux H 1:1.6-3.4/ 16-125 ASPH olacaq.

Huawei Mate 30 Pro
Huawei Mate 30 Pro

Bu cür əsas kamera modulu həmçinin Huawe P30 smartfonunda da quraşdırılıb. Çox güman ki, yerdə qalan kamera modulları da P30-dakı kimi olacaq. Belə ki, P30 modeli təsvirin optik stabilizasiyasına, f/1.6 diafraqmasına və genişbucaqlı linzalara sahib 40 MP-lik əsas kamera moduluna sahibdir. Əlavə olaraq smartfon f/2.2 diafraqmaya və ultragenişbucaqlı optikaya sahib 20 MP-lik kamera modulu, f/3.4 diafraqmaya və optik stabilizasiyaya sahib 8 MP-lik teleobyektiv modulu və ToF modul ilə təchiz olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...