Məlumdur ki, Böyük Britaniya “Huawei” ilə mübarizədə ABŞ-a dəstək olmayıb. Belə ki, Çin nəhəngi ölkədə 5G şəbəkəsini qurmaq imkanını alıb.
“Huawei” şirkəti Böyük Britaniyada telekommunikasiya avadanlıqları üçün mikrosxem tərtibatı və istehsalı üzrə fabrik açmağı planlayır.
Obyekt ARM qərargahından 15 dəqiqəlik, Kembricdən isə 11 km-lik məsafədə yerləşəcək. Fabrikdə 400 işçi çalışacaq, açılış 2021-ci il üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, torpaq sahəsi hələ ötən il alınmışdır. Daha dəqiq desək, söhbət 2,23 km2 sahəsinə malik olan ərazidən gedir, onun ümumi dəyəri 75,7 milyon dollar təşkil edir.