Huawei iki yeni flaqman smartfon modelinin təqdimatına hazırlaşır

Date:

Paylaş:

    Hələ keçən ilin dekabr ayında Huawei şirkəti Honor V20 smartfon modelini təqdim etmişdi. İndi isə şirkət bu seriyanın iki yeni flaqman smartfon modelinin təqdimatına hazırlaşır. Bu barədə Gagadget saytı xəbər verib. Çinin Weibo sosial şəbəkəsində Honor 20 və Honor 20 Pro flaqman smartfonlarının texniki göstəriciləri, qiymətləri və təqdimat tarixi barəsində məlumatlar ortaya çıxıb.

    Beləliklə Honor 20 modeli üzərində damcı formalı çıxıntı hissəyə sahib 6.1 düym OLED ekran (ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyalı), Kirin 980 prosessoru, 48 MP + 20 MP + 8 MP üçlü arxa kamera (üçqat optik zoom özəllikli), 32 MP-lik ön kamera və 22.5 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3650 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Honor 20 Pro modeli isə adi Honor 20-dən dördlü arxa kamera ilə fərqlənəcək və kamera modullarından biri Huawei P30 Pro-dakı kimi Sony IMX600 kamera modulu olacaq. Honor 20 Pro barəsində heç bir digər məlumat yoxdur. Honor 20 seriyası 25 aprel tarixində təqdim olunmalıdır. Bu smartfon seriyasının cihazlarının qiymətləri isə 446$-dan başlayacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...