“Huawei” “Honor” brendli ilk noutbukunu satışa çıxarıb

Date:

Paylaş:

“Huawei” şirkəti “Honor” brendli ilk noutbuku satışa çıxarıb. “Honor MagicBook” modeli qurğu qapağının 81 faizini əhatə edən 14 düym diaqonallı ekranla təchiz edilib.

Ekran 1920 х 1080 piksel təsvir ölçüsünə, 178 dərəcə baxış bucağına, 1800:1 nisbətində kontrastlığa və 16:9 tərəflər nisbətinə malikdir. Kompüter qarşısında çox vaxt keçirən istifadəçilərin görmə qabiliyyətinin qorunması və yorğunluğunun azaldılması üçün displey antibakterial örtüklə təchiz olunub və ekran işığının zərərli ultrabənövşəyi spektrini filtrdən keçirir.

Məlumata görə, “Honor MagicBook” iki versiyada – “Intel” və “AMD” prosessorları ilə təklif olunur. Onların birincisi 14 nanometrlik texnoloji proses üzrə hazırlanan və 3,4 QHs takt tezliyini dəstəkləyən səkkizinci nəsil “Intel Core i5-8250U” çipi ilə təchiz edilib. Videokart qismində 2 giqabaytlıq “GDDR” videoyaddaşlı “Nvidia GeForce MX150” sürətləndiricisindən istifadə olunub.

Digər versiya isə yeni nəsil dördnüvəli “AMD Ryzen 5 2500U” prosessoru və “Radeon Vega8” qrafik sistemi ilə təchiz edilib ki, bu da 25 Vt (Turbo Boost rejimində 30 Vt) enerji sərfiyyatını təmin edir. 8 giqabayt tutumlu “DDR4-2400” tipli ikikanallı yaddaşın tətbiqi sayəsində oxuma/yazma sürəti 50 faiz artırılıb. Qurğu 12 saatadək təkrar enerji toplamadan işləyir.

“Honor MagicBook” noutbukunun aprelin 25-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...