“Huawei” Harmony OS” əməliyyat sistemi işləyən ilk “Honor Vision” televizorunun təqdim olunub

Date:

Paylaş:

“Huawei” şirkətinin “Harmony OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk “Honor Vision” televizorunun təqdimatı keçirilib.

Qurğu 3840 х 2160 piksel təsvir ölçüsü, HDR texnologiyası dəstəyi, 400 kandel kvadratmetr (kd/m2) parlaqlıq, 178 dərəcə baxış bucağı ilə xarakterizə edilən 55 düym diaqonallı ekranla təchiz edilib. Ekran qurğunun üst səthinin 94 faizini əhatə edir.

Bundan başqa, televizor “Mali-G51MP4” qrafik sürətləndiricisinə malik dördnüvəli “Honghu 818” prosessoru ilə təchiz olunub. Operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış isə qurğunun versiyasından asılı olaraq 16 və ya 32 giqabayt təşkil edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Harmony OS” istifadəçilərə vəziyyətdən asılı olmayaraq bütün tip rəqəmli qurğularla işləmək məqsədilə vahid sistem təklif edilməsi üçün mikronüvə əsasında yaradılan paylayıcı arxitekturaya malikdir.

Yeni əməliyyat sistemi tədricən istehsalçının müxtəlif növ qurğuları, o cümlədən “ağıllı” saat, avtomobil multimedia sistemləri və “ağıllı” kolonkalar üçün optimallaşdırılacaq və tətbiq ediləcək. Sistemin yayılmasını sürətləndirmək üçün ondan açıq çıxış kodlu platforma kimi istifadə mümkün olacaq.

Avqustun 15-dən etibarən satışa çıxarılacaq “Honor Vision” televizorunun ilkin qiyməti 540 dollar təşkil edəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...