Əsas səhifə Biznes sahələri Texnologiya Huawei smartfonlar, “ağıllı” dinamiklər və digər cihazlar üçün Harmony əməliyyat sistemini təqdim...

Huawei smartfonlar, “ağıllı” dinamiklər və digər cihazlar üçün Harmony əməliyyat sistemini təqdim edib

107

Harmony OS televizorlarda ilk öncə 2019-cu ilin sonu görünəcək.

Huawei  özünün həm də Harmony OS kimi tanınan Hongmeng OS əməliyyat sistemini Huawei Developer Conference 2019 konfransında təqdim edib. Yayımlama YouTube-da olacaq.

Harmony OS smartfonlardan tutmuş “ağıllı” dinamiklər və datçiklərə kimi müxtəlif cihazlarda istifadə oluna bilər, CNBC qeyd edir. Şirkətin ilk əməliyyat sistemli cihazı “ağıllı” ekranlı Honor televizoru olacaq. Şirkət onu 2019-cu ilin 10 avqustunda təqdim edəcək.

Qarşıdakı üç il ərzində şirkət əməliyyat sistemini digər cihazlara da tətbiq etməyi düşünür.  Sistem əvvəlcə Çin bazarına daha sonra bütün dünyaya çıxacaq.

Huawei smartfonlarında Android ƏS-dən imtina etmir, lakin əgər şirkət bu əməliyyat sistemindən istifadə edə bilməsə Harmony OS onu əvəz etməyə hazırdır. Huawei Harmony OS mənbə kodunu dərc etməyi və sistemə Android və Linux üçün tətbiqlər dəstəyini əlavə etməyi planlaşdırır.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here