Çinin Huawei şirkəti Mate 30 smartfonlarını təqdim edib. ABŞ-ın qadağasına görə bu yeni gadgetlərin Google xidmətlərinə girişi olmayacaq.
Huawei-in istehlakçı biznes-qrupunun baş direktoru Richard Yu bildirib ki, şirkət özünün Huawei Mobile Services tətbiqləri ekosisteminin inkişafına 1 milyard dollar xərcləyəcək və məhz o, yeni telefonlarda Google xidmətlərini əvəz edəcək. Hələ ki, cihazlar açıq Android versiyasında işləyirlər, Google Play-in əvəzində isə smartfonlarda şəxsi App Gallery tətbiqlər mağazası olacaq.
Mate 30-un qiyməti 799 avrodan (təxminən 884 dollar), Mate 30 Pro-nunki 1099 avrodan ( təxminən 1215 dollar), Mate 30 Pro 5G-ninki isə 1199 avrodan ( təxminən 1325 dollar) başlayacaq. Müqayisə üçün deyək ki, iPhone 11 Pro 999 dollardır, amma onun 5G dəstəyi yoxdur.
Smartfonların 40 meqapiksel-ə kimi olan bir neçə Leica kamerası var: Mate 30-da üç, Mate 30 Pro-da isə dörd. Bundan başqa, ultara geniş bucaqlı obektivlərə, telefoto-linzalara və dərin sahəli sensoru olan obyektivə malikdir.
Mayda ABŞ, Huawei və onun onlarla bölməsini, hökumət tərəfindən xüsusi razılıq olmadan amerikan məhsulları və texnologiyaları ( eyni zamanda Google korporasiyası tərəfindən işlənmiş və istehsal edilmiş) satması qadağan olunan şirkətlər siyahısına daxil edir. ABŞ-ın Çin istehsalçısına qarşı olan qadağaları noyabrın ortalarında qüvvəyə minməlidir.