Əsas səhifə Xəbərlər Xarici xəbərlər Huawei: Çin hökuməti ABŞ-ın Huawei şirkətini “məhv etməsi”nə göz yummayacaq

Huawei: Çin hökuməti ABŞ-ın Huawei şirkətini “məhv etməsi”nə göz yummayacaq

11
Paylaş

“Pekin Vaşinqtonun “Huawei”i “məhv etmək” niyyətinə biganə qalmayacaq və bunu cavabsız qoymaq fikrində də deyil”. Bu sözləri, adıçəkilən texnologiya nəhənginin idarə heyətinin sədri Eric Xu CNBC-yə verdiyi müsahibəsində deyib.

Reuters agentliyinin də Tramp Administrasiyasının şirkətə qarşı yönəlmiş qadağalar paketi hazırlaması barədə məlumatına şərh bildirən Eric  qeyd edib ki, burada söhbət yəqin ki,  mikrosxemlərin istehsalı məhsullarının mütləq lisenziya almasından gedir – əgər “Huawei” satdığı məhsulların istehsalı üçün amerikan avadanlıqlarından istifadə edəcəksə.

Belə ki, əsas zərbə ilk növbədə Taiwan Semiconductor Manufacturing Co (TSMC)-nun mikrosxemlərinin satışına qoyulan məhdudiyyətdən ibarətdir. TSMC Huawei şirkətinin çiplərini istehsal edir.

ABŞ təsdiqləyir ki, Çinin 5G avadanlığı milli təhlükəsizliyə təhlükədir. Eric isə cavab  olaraq əminliklə bildirir ki, Çin də amerikan çipli amerikan cihazları üçün eyni məntiqlə çıxış edə bilər və onların çin bazarına girişinə qadağa qoya bilər.

Eric bildirib ki, Çin bununla bağlı hər hansısa ölçü tədbiri götürsə, onun dağıdıcı nəticələri bütün dünyaya təsir edəcək və amerikan şirkətləri də bu təsridən kənarda qalmayacaq.

Qeyd edək ki, ABŞ-ın öncəki sanksiyaları sözügedən şirkətə 12 mlrd. dollar civarında ziyan yetirib.