Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Huawei ABŞ hökumətini məhkəməyə verib

Huawei ABŞ hökumətini məhkəməyə verib

338
Paylaş

Çinin telekommunikasiya şirkəti Huawei, ABŞ hökumətinə qarşı iddia açıb. Huawei şirkətinin nümayəndələrinə görə, bu müəssisənin avadanlıqlarından istifadə edən şirkətlərlə işgüzar əməkdaşlığa qadağa qoyulması qanunsuzdur. Bu haqda Reuters xəbər verir.

Qeyd edək ki, iddia Texas ştatının rayon məhkəməsində açılmışdı. Şirkətin nümayəndəsi vurğulayır ki, ABŞ rəsmiləri Huawei məhsullarının istifadəsinə qadağa qoymasına dair heç əsas göstərə bilməyib.

Daha əvvəl isə Huawei şirkətinin maliyyə direktoru olan Meng Wanzhou-nun, saxlanılma zamanı konstitusiya hüquqlarının pozulması ilə əlaqədar Kanada hökumətini məhkəməyə verməsi məlum olmuşdur.