Huawei 2018-ci ilin maliyyə nəticələri açıqlanıb

Date:

Paylaş:

Huawei-nin xalis mənfəəti illik 25,1 faiz artımla 8,9 milyard dollara çatıb.

Huawei 2018-ci ilin maliyyə nəticələri hesabatını dərc edib. Hesabata görə, şirkət 2018-ci ildə əhəmiyyətli bir inkişaf qeyd edib. Satış gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 19,5 faiz artaraq 107,5 milyard dollar səviyyəsinə çatan Huawei-nin xalis mənfəəti isə illik 25,1 faiz artımla 8,9 milyard dollara yüksəlib.

​Huawei 2018-ci ildə Ar-Ge-yə (araşdırmaya) 15,8 milyard dollar (satış gəlirinin 14,1%-i nisbətində) investisiya edib.
Son 10 ildə, Huawei-nin Ar-Ge xərcləri 67 milyard dollardan çox olub. Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən nəşr olunan rəsmi məlumatlara görə, Huawei 2018-ci ildə 5 min 405 patent ərizəsi ilə müraciət edib. Huawei dünya üzrə ən çox patent ərizəsilə müraciət edən şirkət olub.

Huawei daimi 5G-yə sərmayə yatırır.

“Kiber təhlükəsizlik və istifadəçi məxfiliyinin qorunması hər zaman ən önəmli müzakirə mövzumuz olub. Huawei ilə işləməyi seçən şirkətlərin 5G dövründə ən rəqabətə davamlı təşkilatlar olacağına əminik. Huawei ilə iş birliyində olan ölkələr, bir sonrakı rəqəmsal iqtisadi inkişaf dalğasında da üstünlüklər əldə edəcəklər”,- Huawei-nin İcraçı direktorlarından Guo Ping bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...