“Huaqin” şirkəti “Samsung” smartfonlarının buraxılışı ilə məşğul olacaq

Date:

Paylaş:

“Samsung” şirkəti ucuz smartfon və orta sinifli qurğuların buraxılışı ilə məşğul olacaq Çinin müqavilə əsasında fəaliyyət göstərən (ODM) “Huaqin” istehsalçısı ilə saziş imzalayıb.

“Samsung” şirkətinin bağladığı ikinci oxşar sazişdir. Belə ki, Cənubi Koreya istehsalçısı bundan əvvəl “Samsung Galaxy Galaxy A6s” və “Samsung Galaxy A60” smartfonlarını hazırlayan “Wingtech” şirkəti ilə əməkdaşlığa başlayıb.

Bildirilir ki, “ODM” istehsalçılarından istifadə “Samsung” şirkətinə istehsal xərclərini azaltmağa və Çinin “Huawei”, “Xiaomi”, “Oppo” və s. smartfon istehsalçılarına görə böyük problemlərlə üzləşdiyi ucuz qurğular seqmentində uğurla rəqabət aparmağa imkan verəcək.

“IHS Market” analitik şirkətinin qiymətləndirməsinə görə, “ODM” istehsalçıları tərəfindən buraxılan “Samsung” smartfonlarının payı bu il 8 faizə çataraq təxminən 40 milyon ədəd təşkil edəcək.

Bütün proseslərin, o cümlədən məhsulun dizayn və hazırlanmasının podratçı şirkət tərəfindən idarə edilməsini nəzərdə tutan “OEM” müqaviləsindən fərqli olaraq “ODM” sazişinin şərtinə yalnız hazırlanma daxildir, məhsulun işlənməsi və dizaynı ilə sifarişçi məşğul olur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...