“HTC” şirkəti üçkameralı ucuz “Wildfire X” smartfonunu təqdim edib

Date:

Paylaş:

“HTC” şirkəti Hindistan bazarında üç kamera ilə təchiz edilmiş “Wildfire X” adlı yeni smartfonunu təqdim edib.

Aparat “MediaTek Helio P22” prosessoru, 720p təsvir ölçülü 6,22 düymlük displey, 4 QB-dək əməli yaddaş və 128 QB daxili yaddaş, 3300 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Fotomodul 12 meqapiksellik (mp) əsas obyektiv, 2 qat sensor optik zuma malik 8 mp-lik sensor və 5 mp-lik dərinlik sensorundan ibarətdir. Həmçinin 8 mp-lik ön kamera nəzərdə tutulub.

Aparat həyəcan düyməsi funksiyasını yerinə yetirən “MyBuddy” adlı qeyri-adi aksesuarla birgə tədarük olunur. Fövqəladə vəziyyətdə qurğu yüksək səsli siqnal çıxarda, dost və qohumlara qurğunun yeri haqqında informasiyanı, həmçinin ətraf mühitin səsli və video görüntülərini real vaxt rejimində onlara göndərə biləcək. Həmçinin sözügedən aparat itmiş smartfonların axtarışı məqsədilə istifadə edilə bilər.

Yeni smartfon avqustun 22-də satışa çıxarılacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...