Əsas səhifə Xəbərlər Xarici xəbərlər HP-nin prezidenti və baş direktoru Dion Weisler şirkəti tərk edir

HP-nin prezidenti və baş direktoru Dion Weisler şirkəti tərk edir

46
Dion Weisler

HP-nin prezidenti və baş direktoru Dion Weisler 2019-cu ilin 1 noyabrından vəzifəsini tərk edəcək. O, bunu ailə vəziyyətinə görə edir və Avstraliyaya evinə qayıdacaq. Dion  2015-ci ildən həmin vəzifələri icra edir. Bu barədə HP-də bildiriblər.

Weisler-in yerini Enrique Lores tutacaq. O, 2015-ci ildən HP-nin şəkillərin və çapların emalı üzrə bölməsinə rəhbərlik edir. HP-də 30 il bundan qabaq mühəndis kimi işləməyə başlayıb.

Dion şirkətdə 2020-ci ilin yanvarına kimi qalacaq və sonra isə növbəti səhmdarlar toplantısına kimi HP-nin direktorlar şurasında işini davam etdirəcək. Dion Weisler HP-ə 2012-ci ildə gəlib, 2015-ci ildən isə prezident və baş direktor vəzifələrini icra edib. Həmin vaxtdan HP-nin illik gəliri təxminən 7 milyard dollara çatıb. 

Rəy bildir

Please enter your comment!
Please enter your name here