Şirkət 15 min dollar ödəməyə söz verib.
Hotels.com otel bron etmə xidməti gənclər arasında müsabiqə keçirib – şirkət öz nigah əhdində onların adını vurğulayacaq cütlüklərin bal ayı xərcini ödəməyi öz üzərinə götürüb. Bu barədə AdAge yazır.
Weddings are $$$. We’ve got your back. We could hook you up with a $15K honeymoon if you include us in your vows and share with #HotelsSponConVows. Stream @4WeddingsonHulu to see how it’s done. https://t.co/242EOluaH1 pic.twitter.com/KhZ40RgCyv
— Hotels.com Help (@hotelscomhelp) August 15, 2019
Müsabiqədə iştirak etmək üçün toy vaxtı nigah əhdi anını videoya yazmaq və sosial şəbəkələrdə HotelsSponConVows “hashtag”ilə paylaşmaq lazımdır. Qaliblər toy səyahəti üçün xərcləri qarşılayacaq 15 min dollarla təmin ediləcəklər.
Müsabiqənin reklamı üçün Hotels.com “Dörd toy və bir cənazə” serialına düşməklə bağlı razılığa gəlib. Serial Netflix-də yayımlanır. Epizodlardan birində qəhrəmanlar Craig və Zara toy mərasimini oynayırlar və bu zaman Hotels.com xatırlanır, şirkətin siması isə DJ rolunda çıxış edir.