Honor brendi itmiş yeni smartfon prototipini geri qaytarana şəxsə 5000 avro ödəyəcəyini bildirib

Date:

Paylaş:

  Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor-un Almaniyada olan şöbəsi öz Twitterhesabında itmiş yeni smartfon prototipinin geri qaytarılması xahişi ilə bağlı tweet paylaşıb. Bu barədə Gagadgetsaytı xəbər verib. Belə ki, şirkətin marketinq şöbəsinin əməkdaşı Moritz Scheidl Düsseldorfda yerləşən ailəsinin yanına yollanmış və həmin səyahət zamanı onun çantasında xüsusi boz keysdə olan yeni smartfon modelinin prototipi var olub.

    Evdə olan zaman isə o aşkar edib ki, həmin prototip çantadan yoxa çıxıb. Yeni smartfon prototipinin itdiyi və ya oğurlandığı barəsində bir məlumat yoxdur. Lakin buna baxmayaraq şirkət onu tapıb geri qaytaracaq şəxsə 5000 avro dəyərində pul mükafatı verməyi söz verib. Çox güman ki, söhbət, Honor 20 və ya Honor 20 Proflaqman smartfon modellərindən birindən gedir. Sözügedən smartfonlar 21 may tarixində Londonda təqdim olunacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...