Əsas səhifə Xəbərlər Xarici xəbərlər Hong Kong milyarderi koronavirusla mübarizəyə pul ayırıb

Hong Kong milyarderi koronavirusla mübarizəyə pul ayırıb

9
Paylaş

Hong Kongun ən zəngin adamı olan Li Kaşin koronavirusla mübarizəyə qoşulub. “CK Hutchison Holdings” konqlomeratının qurucusu epidemiyanın yayılmasının qarşısını almaq üçün 13 milyon dollar pul ayırıb.

Bizplus.az xəbər verir ki, bu haqda “Bloomberg” yazır.

Qeyd edək ki, ümumilikdə koronavirusla mübarizəyə 1 milyard yuan (142 milyon dollar) vəsait yığılıb. Daha əvvəl koronavirusla mübarizəyə Bill Qeyts və Çin hökuməti pul xərcləmişdi.

Xatırladaq ki, bu günə kimi koronavirusa yoluxanların sayı 1000 nəfəri ötüb.

“Forbes” un qiymətləndirmələrinə görə, Li Kaşinin sərvəti 29,4 milyard dollar təşkil edir. O, uzun müddət ərzində Hong Kongun ən zəngin insanı olub. 2019-cu ildə “Henderson Land Development” in direktorlar şurasının sədri Li Şauki, Li Kaşini geridə qoyub.