Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Honda” şirkəti pilotsuz nəqliyyat alyansına daxil olub

“Honda” şirkəti pilotsuz nəqliyyat alyansına daxil olub

1082
Paylaş

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış şirkəti “Honda” daha iki sənaye nəhənginin üzv olduğu pilotsuz nəqliyyatın inkişafı alyansına qoşulub.

“Toyota” və “Soft Bank” ötən il “Monet Technologies” şirkətini yaradıblar.

Bildirilir ki, “Honda” şirkəti martın 28-də “Monet Technologies”in səhmlərinin 9 faizini alıb. “Toyota” şirkətinin yük avtomobilləri istehsal edən “Hino” filialı da eyni məbləğdə səhmlər əldə edib.

“Monet Technologies” şirkəti qarşıdakı 3 ildə yüzədək yerli hökumət orqanı ilə əlaqələr qurmağı planlaşdırır. Əsas məqsəd 2023-cü ilədək şirkət tərəfindən istehsal ediləcək pilotsuz elektromobillər üçün xidmətin təşkilidir.