Dizel mühərrikli avtomobillərdən üz döndərən avtomobil istehsalçılarına daha biri qoşulub.
Yaponiya mərkəzli avtomobil şirkəti “Honda” dizel mühərrikli avtomobil satışını dayandırır.
Şirkətin açıqlamalarına görə, 2021-ci ildən etibarən Avropada dizel yanacaqlı avtomobil satışlarına son qoyulacaq. Həmçinin, 2025-ci ilə qədər bütün avtomobil modellərinin elektrikli versiyaları təqdim olunacaq.
Bir digər məlumatlarda isə “Honda”nın 2030-cu ilə qədər satışlarının 2/3-nin elektrikli avtomobillərdən ibarət olacağı deyilir.