Əsas səhifə Biznes sahələri Avtomobil “Honda” dizel avtomobillərinin satışını dayandırır

“Honda” dizel avtomobillərinin satışını dayandırır

94
Paylaş

Dizel mühərrikli avtomobillərdən üz döndərən avtomobil istehsalçılarına daha biri qoşulub.

 Yaponiya mərkəzli avtomobil şirkəti “Honda” dizel mühərrikli avtomobil satışını dayandırır.

Şirkətin açıqlamalarına görə, 2021-ci ildən etibarən Avropada dizel yanacaqlı avtomobil satışlarına son qoyulacaq. Həmçinin, 2025-ci ilə qədər bütün avtomobil modellərinin elektrikli versiyaları təqdim olunacaq.

Bir digər məlumatlarda isə “Honda”nın 2030-cu ilə qədər satışlarının 2/3-nin elektrikli avtomobillərdən ibarət olacağı deyilir.