Hollivudu heyrətə gətirən startap: Postmates çatdırılma xidməti ulduzların köməyi ilə Uber Eats-la necə rəqabət aparır?

Date:

Paylaş:

IPO-ya hazırlaşan Postmates çatdırılma xidməti 1,85 milyard dollar qiymətləndirilir – Uber Eats kimi rəqiblərindən çox az.  Postmates-in bazarda pay uğrunda mübarizə üçün əsas silahı marketinq və inflüenserlərlə əməkdaşlıqdır. Bunların sayəsində hər kəs Kylie Jenner və Cara Delevingne-nin desertlər və kosmetika çatdırılmasına nə qədər xərclədiklərini bilir.

2017-ci ildə Coachella musiqi festivalında bir video çəkilir və həmin videoda müğənni Post Malone kameralar qarşısına keçərək, gümüşü rəngli Volkswagen Jetta-nın baqajındakı çatdırılması 8000 dollara başa gələn  beş ədəd ağ-narıncı qutuda yığılmış 10 000 biskvitə işarə edərək deyir: “ Millət, necəsiniz? Mənim adım Postmate Malone-dur, bunlarsa mənim Popeyes peçenyelərimdir”. 

Sifariçşi onları öz fanatları ilə bölüşmək istəyirdi. Bu videodan sonra hər kəs müğənninin karbohidratlara olan sevgisi və istifadə etdiyi çatdırılma xidməti haqqında bilmiş oldu.

Ulduzların rəyləri Postmates-ə, çatdırılma xidməti ilə məşğul olan digər startaplarla mübarizədə gərgin mərhələni aşmağa kömək edib.  Model Christine Teigen-in Twitter-də, xidmətdən beş “limon” sifariş etdiyini yazmaqla göstərdiyi pulsuz dəstək və həmçinin, Postmates vasitəsilə Shake Shack-dən yemək sifariş etməyi xoşlayan aktrisa Sophia Bush-un pulsuz dəstəyi, tətbiqə Los-Angeles bazarının 40%-ni zəbt etməyə kömək edib.  Founders Fund, Spark Capital və Tiger Global kimi səhmdarlar, hal-hazırda 1,85 milyard dollar qiymətləndirilən startapa 700 milyon dollar pul qoyublar. Keçən il üçün gəlir 400 milyon dollar olub ( şirkət öz maliyyə göstəriciləri barədə rəy bildirməkdən imtina edib).

Şirkətin qurucularından biri və baş direktoru 42 yaşlı Bastian Lehman deyir: “Biz nəsə mükəmməl bir şey yaratmağa çalışmışıq. Biz həmişə Postmates-də fərqli olmaq istəmişik”.

İndi şirkət IPO-ya hazırlaşır və Lehman-a iki böyük maneəni aşmaq üçün yenə də ulduzların dəstəyi lazımdır. Birincisi, şirkətin fevral ayında IPO üçün gizli sənədlər təqdim etməsi ilə Uber və Lyft-in IPO-su uğursuz olub və kapitalizasiyaları on milyardlarla dollara qədər azalıb. İkincisi isə, Postmates-in üç iri rəqibi: 12,6 milyard dollar qiymətləndirilən DoorDash, 55 milyard dollar olan  Uber Eats və 5 milyard dollarlıq bazar kapitalizasiyası ilə Nyu-Yorkda liderlik edən Grubhub inkişafa səhmlər üzrə startapı asanlıqla ötə bilər. Postmates keçən il milli bazardakı payını 11,5%-ə qədər artıra bilib, amma bu ona elə-belə başa gəlməyib: xidmət Cənub-qərb kimi əsas bazarları əlində saxlamaq və milli əhatədə inkişaf etmək üçün endirimləri çoxaldıb və televiziya reklamlarının sayını artırıb.

Divanlardan plastik fincanlara kimi

Lehman Hollivudu həmişə sevib, amma öz doğma Almaniyasını o başqa bir Kaliforniya arzusu olan startaplara görə tərk edir. Münxendə böyüyən Lehman kollecdən çıxıb rejissor olmaq istəyir, amma 1999-cu ildə çoxlu veb-saytlar dönəmində o, da sürətli sövdələşmələr üçün sayt buraxır. 2010-cu ildə ABŞ-a gəlir və San-Fransiskoda Curated.by yaratmaq üçün startaplar inkubatoruna qoşulur. Curated.by digər sosial şəbəkələrdən konkret mövzu üzrə tvitlər və postlar götürürdü.

Potensial səhmdarlar bunu dəstəkləmədilər və ona görə də Lehman və onun iş yoldaşı Sam Street strategiyanı dəyişirlər və Postmates-i yaratmaq üçün Shon Place-ə qoşulurlar. Lehman əvvəl yerli kuryer xidməti göstərir və insanlara öz maşınlarında sanki məhsullar üçün karşerinq (icarə) kimi yük daşımalarına görə pul ödəyib.

Şirkət San-Fransiskodakı mağazalara mebel daşımağa başlayır, sonra isə, insanlar ağıllarına gələn hər bir şeyi sifariş edə bilsinlər deyə əllə yüzlərlə menyu yükləməklə restoranlarla işləyir. İnsanlar da elə belə də edirlər: Nyu-Yorkda  bir müştəri çanta sifariş edir, Los-Angelesdə isə digər birisi spirtli içkiyə,yüngül içkiyə,buza və Pink Dot mini marketindən birdəfəlik fincanlara 4000 dollar xərcləyir.

Partizan marketinqi 

2014-cü ildə Postmates altıncı şəhərdə – Los-Angeles-də işləməyə başlayır. Burada şirkət Teslanın yüksək bazar seqmenti startegiyasını təqlid edərək varlı müştərilərə və yaradıcı peşələrin nümayəndələrinə doğru yönəlmişdilər. Bundan başqa, zəngin müştəriləri 10 dollarlıq xidmət yığımı yəqin ki utandırmayacaqdı.

İkinci addım partizan marketinqi olur. Şirkət, sənətkarları və rəssamları cəlb etmək istədiyi üçün pop-mədəniyyət sahəsini zəbt etməyə başlayır. “ İdeal səs”dən Anna Kendrick, Blink 182-dən Travis Barker və “Selma”nın rejissoru Ava Duvernay kimi aktiv istifadəçilər İnstagram və Twitter-də milyonlarla abunəçiyə öz sifarişləri barədə danışıblar – veqan mətbəxindən tutmuş  ziyanlı kalorili qidalara qədər. Müğənni Malone isə onlar barədə özünün “Spoil My Night” xitində xatırlayıb. Əvvəl Postmates buna görə heç kimə heç nə ödəməyib –ona görə ki, xidmət sadəcə VIP –müştərilərin xoşuna gəlib.

Son iki ildə Postmates tanınmışlar arasında öz məhşurluğundan aktiv şəkildə istifadə etməyə və Kylie  Jenner kimi inflüenserlərə onlardan etdikləri sifarişlərindən ictimatiyyətə danışdıqları üçün pul ödəməyə başlayıb.

YouTube-da kinayəli çarxlar seriyası var və orada Martha Stewart, izləyicilərə onun kulinar reseptləri barədə unutmağı və hər şeyi Postmates-dən sifariş etməyi məsləhət görür. The Chainsmokers qrupu  barter əməliyyatı bağlayıb və şərt qoyub ki, əgər fanatları tətbiqə yeni “Takeaway” mahnısının adını qoyarlarsa pulsuz çatdırılma əldə edəcəklər. The Receipt layihəsində iştiraka görə şirkət Cara Delevingne kimi digər modellərə və aktrisalara  pul ödəyəcək. Bu layihə korporativ bloqdur və orada xidmətdən neçə məhşurun istifadə etməsindən danışılır. Lehman təsdiq edir ki, reklama xərclər o qədər də çox deyil, çünki məhşur müştərilər artıq məhsul barədə bilirlər.

Şirkət daha çox milli arenada reklama pul xərcləyir, çünki bu, inkişaf edən bazarda pay uğrunda mübarizədə onun əsas silahıdır. Statista-nın məlumatına görə, 2023-cü ilə ABŞ –da onlayn qida çatdırılması bazarı 28 milyard dollara qədər artacaq. Qida çatdırılması daha da məhşurlaşacaq və şirkətlər pərakəndə mağazalarla müxtəlif növ çatdırılmalar üçün əməkdaşlıq etməyə başlayacaqlar – məsələn, 7-Eleven-in DoorDash və Postmates-lə əməliyyatı.

Postmates-in Los-Angelesdə olması şirkətin ələ keçirmə obyekti kimi mövqeyini möhkəmləndirdi. İyul ayında  Recode xəbər verib ki, Uber-dən tutmuş DoorDash-a kimi şirkətlər Postmates-dən almaq imkanına nəzər salıblar. 

Los-Angeles Postmates-i qəbul edib, amma indi şirkət səhmdarları inandırmalıdır ki, bu həm də onlar üçün yaxşı əməliyyatdır. Lehman özü də bu tarixin necə inkişaf edəcəyinə əmin deyil.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...