Aprelin 24-də, saat 10:00-da “Holcim (Azerbaijan)” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, İzmir küçəsi, 1033 ünvanında yerləşən “Hyatt Regency” hotelinin görüş və konfrans mərkəzinin Quba zalında olacaq.
Yığıncağın gündəliyinə şirkətin ötənilki maliyyə nəticələrinin təsdiq olunması, eləcə də Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Holcim (Azerbaijan)” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur./Report