“Holcim Azərbaycan”nın səhmləri pandemiyadan sonra ucuzlaşıb

Date:

Paylaş:

Ölkənin əsas sement istehsalçılarından biri “Holcim Azerbaijan” ASC-nin dövriyyədə olan səhmlərinin qiyməti Azərbaycanda koronovirusla bağlı xəbərlərin ardından 3,00 manat dəyərində ucuzlaşmalı olub.

Bizplus.az xəbər verir ki, ölkənin nəhəng sement istehsalçısının 5 mart tarixində hər biri 70 ədəd olmaqla 2800 manatlıq səhm alqı-satqısı baş tutub, bu isə hər bir səhminin 40,00 manat dəyərində ticarət olunması deməkdir.

Lakin, cəmi 2 həftə sonra, 18 mart tarixində hər bir səhmi 37,00 manat dəyərində satılqmaqla iki sövdələşmə baş tutub. Ümumilikdə bu əməliyyatlarda 616 ədəd səhm, yəni, 22 792 manatlıq səhm satılıb.

2020-ci ildə “Holcim Azərbaycan”nın səhmləri 31,00 manat ilə satılsa da, sonradan 37,00 manata və ilin 3-cü ayında 40,00 manata kimi yüksəlmişdi.

Bildirək ki, bu səhmlərin nominal dəyəri 20,00 manatdır. Ötən ilin fevral-mart ayları ərzində bu səhmlər birjada 21,00 manatla ticarət olunurdu. Hazırda 31,81 mln. manat səhm kapitalına malikdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...