Fiziki daşıyıcılarda musiqi satışının azalması fonunda yeni bir musiqi supermarketi açılır. Belə ki, striminq xidmətlərinin basqısı altında riteylerlərin disk və plastinka satışını dayandırdığı bir vaxtda HMV Avropada ən böyük musiqi mağazasının açılışına pul qoyur. HMV Vault mağazasının ərazisi 2500 kv. m.-ə yaxındır. Böyük Britaniyada, Birminhem şəhərində yerləşir. Burada 80 000 kompakt disk, 25 000 vinil albom, 40 000 DVD və 20 000 Blu-ray disk satılacaq.
Albomlardan başqa, alıcılar mağazadan qulaqlıqlar və musiqi qoşucular (player) da əldə edə biləcəklər. Onlar buradan həmçinin, musiqili mövzuların çap olunduğu afişalar, köynəklər və fincanlar da ala biləcəklər. HMV Vault sadəcə ticarət mərkəzi olmayacaq. Bura həm də görüşlər və ünsiyyət üçün də münasib bir yer olacaq və turistlər mütləq çoxluq təşkil edəcək. Bundan başqa, qruplar və DJ-lərin çıxışı üçün də yer nəzərdə ayrılıb və kafe açılması da nəzərdə tutulub.
Bu mağazanın satıcıları musiqidən çox yaxşı anlayışı olan şəxslər olacaqlar. Belə ki, HMV şirkətinin məqsədi, istifadəçiyə milyonlarla kompozisiyanı təqdim edən striminq xidmətlərindən fərqli olaraq, müştəriyə, ona məhz həqiqətən maraqlı olanı əldə etməkdə yardımçı olmaqdır. Bu baxımdan HMV Vault mağazası son zamanlar yaradılan ən yaxşı bir seçimdir.
Məhz bu mağazada musiqi dünyasına baş vurmaqla eyni zamanda istirahət edib xoş vaxt keçirmək mümkündür.