H&M geyim mağazaları şəbəkəsi 5 min ticarət məkanını onlayn alış-veriş məkəzinə çevirməyi planlaşdırıb. Bu barədə Financial Times yazır.
Şirkətin icraçı direktoru və gələcək rəhbəri Karl-Johan bildirib: “Mağazaların rolu dəyişir. Biz daha yaxşı olar ki, onlardan malların çatdırılması, verilməsi və geri qaytarılması üçün mərkəz kimi istifadə edək”.
Onlayn alış-verişin sürətlə inkişaf etməsi sözügedən şirkətə mənfi təsir edib və onlar səhmdarların tənqidinə tuş gəliblər. Belə ki, səhmdarlar rəqiblərinin artıq onlayn-alış-verişə keçdiyi bir vaxtda bu reteylerin hələ də yüzlərlə mağaza açmasından narazılıq ediblər.
Qeyd edək ki, 10 ilə ərzində H&M reteylerinin rəhbəri Karlın atası Stefan Persson olub və Johan isə şirkətdə icraçı direktor vəzifəsini icra edib. Bu müddətdə şirkət oflayn satış nöqtələrinin sayını təxminən 150% artırıb və bu, onun “Zara”dan olan rəqiblərinin göstəricisindən yüksək olsa da, adıçəkilən həmin ispan geyim reteylerinin üstün mövqedə qalmasına mane ola bilməyib.
2020-ci ildə H&M 25 yeni mağaza açmağı planlaşdırır. Şirkət inkişaf etmiş bazarlarda 200 ticarət nöqtəsi açmağı hesaba alıb, amma Avropa və Şimali Amerikada 175 mağazasını bağlayacaq. 2019-cu ilin sonunda şirkətin ümumilikdə 5076 mağazası olub.
Hal-hazırda, sözügedən reteyler fiziki satış nöqtələri və onlayn satış üçün hər ölkədə nə qədər anbara ehtiyac olduğunu hesablayır.