Təhsilini başa vurmamış tələbə Riteş Agarval Hindistanda nəhəng ucuz otellər zənciri yaratdı. Otellərin rəqiblər qarşısında üstünlüyü təmiz olmaları idi.
17 yaşında Riteş Agarval kolleci atdıqdan sonra , xaricilərə ucuz və bahalı otellərdən təmiz online sifariş oluna bilən nömrələr təklif edərək mehmanxana biznesi ilə məşğul olmağa başladı. İndi OYO Rooms – Hindistanda nəhəng otellər şəbəkəsidir. Onun tərkibinə ölkənin 170 şəhərində yerləşən 5500 mehmanxana daxildir. Bir neçə ilə şirkətə iki Asiya ölkəsinə çıxış etmək nəsib oldu. 20 iyunda şirkət rəsmi olaraq Çin bazarına girməyi barədə məlumat yayıb.
Həyatı idarə etmək – 24 yaşlı Riteş idarəçiliyə uşaqlıqdan meyl edirdi.13 yaşından o, Şimal-Şərqi Orissa ştatında yerləşən ailəsi ilə yaşadığı kiçik Bissamkuttak şəhərində Sim – kart satırdı. Bir qədər sonra yuxarı siniflərdə oxuyanda isə o, hər şənbə günü Dehliyə gedən qatarla yenicə başlamış biznesmenlərin iştirak etdiyi təşkilatlara gedirdi. Onun öz sözlərinə görə onun üçün ali təhsilin heç bir əhəmiyyəti qalmamışdı. O təşkilatçılara bütün çətinlikləri və real həyatdakı problemləri həll edən Allah kimi baxırdı.
2011 ci ildə 17 yaşlı Agarval valideynlərinin istəyi ilə daxil olduğu kolleci atdı. Üç proqramistdən ibarət Akselerator VentureNurserydən 44 000 $ cəlb edərək Oravel Stays şirkətini yaratdı. Bu şirkət beynəlxalq nəhəng Airbnb – nin klonu idi. Aqarval böyük investisiya olmadan şirkəti milli bazarda uğurlu etməyə ümid edirdi. Tezliklə o, başa düşdü ki, Hindistanda olan kütləvi ucuz otellərə rəqib ola bilməyəcəkdir. Amma təşkilatçı Oravel saytında turistlərin yazdığı kommentariyaları oxuyaraq onların çoxunun hind otellərində və kirayə verilən evlərdə natəmizlikdən və antisanitariyadan narazı qaldıqlarını görərək biznesi başqa cür yönəltməli olduğunu başa düşdü. O, özü Dehliyə gəlib oradakı ucuz otellərdə müntəzəm olaraq qalırdı, və buradakı qərb turistləri üçün dəhşətli olan imkanları qiymətləndirirdi: resepşnda yatan inzibatçı, yırtıq matraslar, vanna otağında damcılayan borular və kredit kartları ilə ödəmənin olmaması. Təşkilatçı layihənin konsepsiyasını dəyişməyə qərar verərək – nömrələrində təmizliyin və vacib olan komfortun olduğu ucuz oteli arendaya götürdü. Əgər iş baş tutsa onda layihəni genişləndirmək olardı.
Biznesi başlamaq üçün Aqarvala pul lazım idi. O, Qrant Thiel Fellowship fonduna ərizə verdi , bu fondun əsasını 2011-ci ildə amerikalı Piter Tilem qoymuşdur. O, 23 yaşına çatmış, məktəbi və ya universiteti tərk etmiş gənclərə 100 min dollar verirdi ki, onlar öz işlərini qursunlar. Xariciləri maraqlandıran onların onlayn bronlaşdıra bildiyi ucuz otel nömrələri layihəsi fond təmsilçilərini maraqlandırdı. Onlayn müsahibənin dörd mərhələsindən sonra Aqarval Qrant fondun qalibi olan ilk hindli oldu.
Thiel Fellowship onun Amerikaya 3 həfətlik ezamiyyətini maliyyələşdirdi ki, o, məsləhətçisi ilə birlikdə yeni model üzərində işləsin. İki il ərzində Aqarval fondun təmsilçilərindən biznesi inkişaf etdirmək üçün məsləhət almaqda davam etdi.
Gənc təşkilatçının ilk işi Dehlidəki Gurqaone-oteli ilə razılaşaraq onlayn nömrə vermək, oteli remont etdirmək oldu ki, buna o, 9 ay vaxt sərf etdi. O, öz kompaniyasını On Your Own (OYO) adlandırdı ki, bunun da mənası müstəqil deməkdir. İndi həyatın pultu onun əlində idi. O, müstəqil olaraq nə etdiyini özü seçirdi.
Təmizlik-Zənginliyin girovudur
Aqarval servisini buraxdıqdan bir neçə ay sonra əmin oldu ki, biznes model işləyir-mehmanxana kasıb xarici turistlərlə dolmuşdu. Təşkilatçı iş miqyasını genişləndirməyi qərara aldı. O,New Dehlinin və nəhəng turist şəhərlərinin otellərinin sahiblərini inandırdı ki, onlar nömrəni OYO servisi vasitəsilə kirayə versinlər. OYO komissiya xidməti olaraq nömrələrdə təmizlik və yeni santexnika təmiz yataq və dəsmal şərtini qoydu. Agentlər nəticə ala biləcəkləri otelləri seçdilər. Onların ən yüksək səviyyəlisi üç ulduzlu idi.
OYOnun müvəffəqiyyətinin açarı nömrələrin təmizliyidir. 2016-cı ildə Aqarval layihəni daha da təkmilləşdirdi, indi o, nömrələri yalnız təmizlik və işlək santexnika deyil, Wi-fi, geniş ekranlı televizor, yumşaq mebel və s. ilə təmin etdi. Kompaniyanın 80 faiz gəliri otellərdən gəlir.
İndi otellər şəbəkəsinin 10%-dən artığı OYO`nun taktikası ilə idarə edir və genişləndirilir. 2010-cu ildən OYO əsasən Asiya ölkələrində tətbiq olunur.
Qonaq sevməyən mehmanxanalar
Hindistandakı HVS adlı amerika mehmanxanasının məlumatlarına görə ölkədə 112 min nömrəsi olan otellər şəbəkəsi və 1.8 milyon müstəqil otel var. Onlardan yalnız iki faizində onlayn nömrə bronlaşdırmaq olar. Hindistan Turizm Nazirliyinin verdiyi məlumata görə 2016-cı ildə ölkəyə 8.8 milyon turist gəlmiş və 23 milyard dollar gəlir gətirmişdir. Turistlərin çox gəldiyi beşliyə – Banqladeş, ABŞ, Böyük Britaniya, Kanada və Malaziya daxildir.
Sərhəddən kənara yol
1.5 min əməkdaşı olan OYO şəbəkənin 2017-ci ildəki gəliri təxminən 1.02 milyard dollar təşkil etmişdir. Şirkət investisiya pulları hesabına daha da böyüyür, lakin hələ mənfəətə çıxa bilməmişdir. OYO şirkətə 450 milyon investisiya cəlb etmişdir. Bunlardan 2015-ci ildə 100 milyon dollar Yaponiyanın SoftBank`ı, 6 milyon dollar amerikanın Sequoia Capital fondu yatırmışdır. Şirkət ən sonuncu məlumatlara görə 1mlrd. dəyərində qiymətləndirilmişdir. Mətbuat tez-tez Aqarvalı – Hindistanın Siması adlandırır.