Şirkət, tərəfdaş mehmanxana və otellərdə xidmət və otaqların vahid keyfiyyət standartına keçir və sonra isə öz xidmətində binalar təqdim edir.
Hindistanın ən iri startaplarından biri olan Oyo Hotels and Homes yeni maliyyələşmə mərhələsində 1,5 milyard dollar cəlb etməyi planlaşdırır. Bloomberg yazır ki, şirkətin dəyərləndirməsi 10 milyard dollara çatıb.
Maliyyələşmədən sonra startap öz mövqeyini ABŞ və Avropada genişləndirmək fikrindədir. Şirkətin 25 yaşlı qurucusu və baş direktoru Ritesh Agarwal bildirib ki, şirkətdə payını artırmaqla 1,5 milyard dollardan 700 milyon dollar yatırım edəcək. Hazırki investorlar olan SoftBank Group, Lightspeed Venture Partners, Sequoia India da yeni maliyyə raundunda iştirak edəcəklər.
Bu, Oyo-nun, açıldığı 2013-cü ildən bəri ilk ən iri maliyyələşmə dövrüdür. Buna qədər startap cəmi 1,7 milyard dollara yaxın cəlb edib. Böyük bir hissəsini – 1 milyard dolları şirkət 2018-ci ildə əldə edib.
2018-ci ildə Oyo Çin bazarına çıxıb. ABŞ-ada şirkət 21 ştatın mehmanxanası ilə razılıq imzalayıb. Agarwal-ın sözlərinə görə artıq startap 80-dən çox bazarda işləyir və 1,2 milyona yaxın nömrəyə nəzarət edir.