Hindistandan Afrikaya uzanan milyard dollarlıq saç bazarı

Date:

Paylaş:

Afrikalı qadınların düz və incə telli saçlara sahib olma sevdası milyard dollarlıq böyük bir bazarın yaranmasına səbəb olub.
Demək olar ki, Afrikanın bütün ölkələrində getdikcə böyüyən saç və parik sektorunun ən çox yayıldığı ölkə isə qitənin cənub-şərqində yerləşən Mozambikdir.
Dalğalı və qısa saçlar əvəzinə uzun, incə və ya dalğalı saçlara sahib olmaq istəyən afrikalı qadınların böyütdüyü bu bazar artıq Hindistandan Braziliyaya, Çindən Cənubi Afrikaya qədər hər il milyard dollarların dövr etdiyi böyük bir biznesə çevrilib.
Mozambikin paytaxtı Maputoda demək olar ki, bütün bazarlarda rast gəlinən saç dükanlarında sintetik və həqiqi saçlarla bərabər dəri ağardıcı kremlər də satılır.
Hindistanın müxtəlif bölgələrindəki məbədlərdə ruhlarını təmizləmək məqsədilə saçlarını kəsdirən hindular Maputonun Janet bazarına gələrək özünə yeni imic axtaran mozambikli qadınların dərdinə əlac olurlar.

 

Hindistanın Hiruttani şəhəri. 28 yaşlı Rupa saçlarını kəsdirir. Kəsilən xaçlar Tiruthani Muruqan məbədində tanrılara hədiyyə ediləcək. Rupanın hədiyyə qarşılığında istəyi isə qızının yenidən salamlığına qovuşmasııdır. Hindu inanclarına görə, bir arzu dilədiyində və ya istəyinin gerçəkləşməsindən sonra saçların dibindən kəsilməsi geniş yayılmış bir ənənədir.
Rupanın qızının saçları da anasınınkı kimi gibi dibindən kəsilir.
“Anadolu” informasiya agentliyinə müsahibə verən Bruno Maya adlı dükan sahibi saç sektorunun getdikcə böyüyən ümumdünya bir bazar olduğunu deyib.
Mağazasındakı bəzi saçların sintetik, bəzilərinin isə təbii olduğunu söyləyən Maya bir kilo saçın təxminən 15 min medikali (210 dollara) dəyərində olduğunu bildirib.
Qadınların yumşaq və incə saçlar istədiyini dilə gətirən Maya “Cənubi Afrikadan da müştərilərimiz var. Qadınlar saçlarımızı çox bəyənirlər” deyib.
Mağazasında satdığı saçları Hindistandan gətirdiyini bildirən Maya hər gün təxminən 7 min medikali (100 dollar) qazandığını vuğulayıb.
Şəhərin ən böyük bazarlarından biri olan Mərkəz bazarında 5 ildir ki, saç alveri ilə məşğul olan İmran İmran da bu işə Cənubi Afrikada başladığını, Mozambikə satışların qazanclı və sektorun populyar olmasına görə gəldiyini bildirib. “Sadəcə Braziliya saçı satıram. Satdığım saçların hamısı təbiidir” deyən İmran bu saçların Hindistandakı böyük məbədlərdə toplandığını və Braziliya üzərindən ixrac edildiyini söyləyib.
Maputoda hər yerə qurulmuş gözəllik salonları isə saç və parik satan dükanların ən böyük tamamlayıcılarıdır. Bəzən saatlarla davam edən qaynaq prosesindən sonra uzun və incə saçlara sahib olan qadınlar bu yolla həm daha gözəl olduqlarını, həm də özlərinə inam qazandıqlarını söyləyir.
Afrikanın hər bölgəsinə yayılan bu saçların mənbəyi isə Hindistandakı məbədlərdə hər il dualar qarşılığında saçlarını fəda edən milyonlarla qadındır.
Məbədlərdəki saç toplayanlar tərəfindən yığılan və alverçilərə satılan saçlar Çində hazırlandıqdan sonra Afrika ölkələrinə göndərilir.
Məbədlərin bu işdən hər il milyonlarla dollar qazandığı bildirilir. Hətta Hindistandakı bir çox məbədin saç alverçiləri ilə razılıq əsasında çalışdığı da məlumdur.
Afrikalı qadınlar dəri ağardıcı təsiri olan krem və sabunlara da böyük maraq göstərir.
Keniya, Cənub Afrika, Fildişi sahilləri və Qana kimi ölkələrdə qadağan edilən ağardıcı vasitələr bir çox qadının gündəlik həyatının bir parçası halına gəlib.
Ümumdünya Səhiyyə Təşkilatının (DST) statistikasına görə, dəriyə qalıcı bəyazlıq vermək məqsədilə istehsal edilən bu kimyəvi sabun və kremləri Nigeriyada 77%, Toqoda 59%, Cənub Afrikada isə 35% qadın tərcih edir.
Davamlı istifadə edildiyində nəticə göstərən məhsulların ən çox yayıldığı ölkələr arasında Qərbi Afrikada Seneqal və Malidir. Mali və Seneqalda hər dörd qadından biri cildini ağartmaq üçün bu kremlərə müraciət edir.
Bu məhsullar tərkibində civə və hidrokinon kimi sağlamlığa zərərli maddələrin olmasına görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadəsinin qadağan olması təklif edilib. Avropa İttifaqı və bəzi Afrika ölkələrində qadağan edilsə də, istifadəçilərin istəyinə görə hələ də gizli şəkildə satılmağa davam edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...