Əsas səhifə Startup Hindistanda yaranan startuplar 5 il ərzində iflasa uğrayır

Hindistanda yaranan startuplar 5 il ərzində iflasa uğrayır

1010
Paylaş

Hindistanın hazırda dünyanın ən böyük 3-cü təşəbbüskarlıq ekosisteminə malik olsa da hələ də böyük problemlər yaşadığı görünür. Aparılan araşdırma nəticəsində məlum olub ki, Hindistanda qurulan startupların 90 faizi 5 il ərzində iflasa uğrayır.

startup ideyaları

İflasın ən böyük səbəbi isə innovasiyanın zəifliyi və yeni texnoloji iş modeli inkişaf etdirmə problemidir. Bir qismi isə investisiya problemləri ilə üzləşdiyini bildirir.

Hindistanda qurulan startupların bir qismi qlobal bazara yayılan şirkətlərin yerli versiyası kimi tanınır. Məsələn Uber yerinə Ola, Spotify yerinə Gaana, Airbnb yerinə OYO, Rooms və Amazon yerinə Flipkart istifadə edilir. Ancaq Hindistanın Facebook, Google və Twitter kimi altertanivləri yoxdur.

Hindistanın tez-tez özünü müqayisə etdiyi Çində isə Googleun yerinə Baidu və Amazonun yerinə Alibaba var.