Bank işi qurmaq istəyirdi, Hilton şəbəkəsini yaratdı

Date:

Paylaş:

Bu gün «Hilton» sözünü eşidərkən insanların ağlında əsasən iki məfhum canlanır. Bunlardan biri pulunu sağa-sola xərcləyən qlamur xanım obrazı Paris Hiltondur, çoxlarında bu soyad həqiqi mənada xoşagəlməz hisslər –qısqanclıq və paxıllıq oyadır, xüsusən də zərif cinsin nümayəndələrində. Amma Hilton ilk növbədə otel şəbəkəsidir. İndi bu şəbəkəni işləri, yumşaq tərzdə desək  heç də yaxşı getmir. Amma dünyanın müasir otellər indiki görkəmlərinə görə məhz Konrad Hiltona borclu olmalıdır. Məhz onun sayəsində biz bankları bu gün olduqları tərzdə görməyə adət etmişik.

O ilk insanlardan biridir ki, bu biznesdə də konyakda olduğu kimi ulduzlarla qiymətləndirməni tətbiq etmişdir. Dünyanın ən bahalı, ən möhtəşəm otelləri 5 ulduzla işarələnməli, ən sadə və ucuzlar isə bir ulduza layiq görülməli idi. Bundan əlavə Konrad otel və restoranları, kazino və barları və bir çox digər nüansları bir araya gətirməyi bacardı.

Bu əhvalat mehmanxana biznesinin əfsanəsinin necə yaranması haqqındadır.
Konrad Hilton 1887-ci il 25 dekabrda dünyaya göz açmışdır. O, ailənin səkkizinci övladı idi. Onun atası –Avqust Hiltonun çox da böyük olmayan biznesi var idi. O, balaca bir baqqal dükanını idarə edirdi. Demək olmaz ki, dükan çox gəlir gətirirdi, amma ailə aclıq görmürdü və Konrad kifayət qədər sakit tərzdə sonrakı həyatında ona çox da lazım olmayacaq ali təhsilini Qornom universitetində başa vurdu.

Ixtisas baxımından o mühəndis idi, bu iş onu ümumiyyətlə cəlb etmirdi. Hələ uşaq ikən Konrad Hilton bank sahibi olmağı arzulayırdı. O, özünü ətrafında milyonlara pul dövr edən insanların arasında görürdü. Amma müharibə onun arzusunu ləngidir. Beləliklə 1914-cü ildə birinci dünya müharibəsi başlayır.
1917-ci ildə Konrad könüllü olaraq müharibəyə gedir. Bir il yarımdan sonra o evə qayıdanda atasının avtomobil qəzasında həlak olduğundan xəbər tutacaqdı. Indi Konrad özü öz gələcəyinin qeydinə qalmalı idi.  Amma onun arzusunda olduğu biznesə yiyələnmək heç də asan deyildi. Hilton biri-birinin ardınca bir neçə fiaskoya məruz qalır. 32 yaşı olanda onun ilk bankı bankrot olur, bu bank heç bir il yaşaya bilməmişdi.

Həmin an gənc insanın cibində 5000 dollar, beynində isə bank işi ilə bağlı saysız hesabsız arzular var idi. Amma belə görünür ki, bu sahədə uğur qazanmaq ona nəsib deyilmiş.

Sisko (Texas) ştatına gələn, 31 yaşlı gənc Hilton o qədər də məşhur olmayan Mobley mehmanxanasında gecələmək qərarın gəlir. Gənc iş adamının diqqətini dərhal nömrə almaq üçün növbəyə düzülmüş insanlar çəkir. Boş yerlər təəssüf ki olmur, ev sahibi də o qədər yorğun idi ki, genişlənməyi heç ağlına belə gətirmir.  Ona görə də qonaqlar sadəcə başqa yerə üz tutur, gecəni keçirmək üçün yer axtarışına çıxırlar.  Otel sahibi sanki dinclik axtarır. Bu məhz o situasiya olur ki, lazımı insan lazımı anda lazımı yerdə peyda olur (Rey Krok Makdonald qardaşlarının restoranına daxil olanda onunla eyni hadisə baş vermişdir).

Mobley-i aldıqdan sonra, Hilton oteli düzəltməyə başlayır. Əvvəlcə o, yataq otaqlarının sayını artırır, bununla da növbələri aradan qaldırır. Sonra isə onun ağlına belə bir fikir gəlir ki, otelin sakinləri sayəsində yaxşı qazanmaq olar, bundan ötrü onlara bir sıra xidmətlər, məhsullar və əyləncələr təklif etmək lazımdır ( həmin dövrdə əksər otellər sakit, darıxdırıcı karvansaraları xatırladırdı).

Beləliklə, vestibüldəki bütün sütunların yanında çox da böyük olmayan vitrinlər əmələ gəlir, onlar üzərində müxtəlif xırda əşyalar, bəzək-düzəklər, qəzet,  jurnal, ülgüc, diş fırçaları və məcunları satılırdı). Sonra Konrad fikir verir ki, bir sütun ona ayda 8000 dollar qazandırır.Onu çoxdan uğursuzlar cərgəsinə adi etmiş Hilton Konradın ailəsi, onun bu uğurlarına olduqca çox təəccüblənirdi. Çünki onun bank biznesindəki bütün səyləri məğlubiyyət ilə nəticələnmişdi. Amma Mobley-in alınmasından cəmi bir il sonra Hilton Fort-Nort şəhərində ikinci otelini alır. Sonra isə daha bir neçə otel alınır. Deməli 1844-cü ildə Konrad Hiltonun bütün otellərindəki nömrələrinin sayı 350-yə çatır. Elə bir məqam yetişir ki, artıq onun maliyyə imkanları ona öz şəxsi otelini tikmək imkanı verir.

1925-ci il avqustun 2-də həmin dövr üçün möhtəşəm olan Dallas Hilton otelinin açılışı baş tutur (otelin 300-ə yaxın nömrəsi var idi ki, bu da elə Hiltonun digər otellərində olan otaqlarının cəm halda sayına bərabər idi). Üstündən bir il keçdikdən sonra, 38 yaşlı iş adamı nəhayət ki, Marii Breon ilə evlənir (düzdür onlar sonra boşanırlar, və  Hilton hələ bundan sonra iki dəfə də nikah qurur). Bu yaxşı zamanlar idi, nəzərə alsaq ki, Dallas Hilton öz yaradıcısının adını daşıyan ilk otel idi və o, bütün Hilton Hotels-in əsas mərkəzi hesab olunurdu. Lakin Konrad rahatca nəfəs almağa macal tapmır. Evləndikdən cəmi 3 il sonra ölkədə iqtisadi böhran başlayır. Böhran otel biznesinə ciddi ziyan vurur, insanlar sadəcə daha az səyahət etməyə başlayır. Elə işgüzar səfərlərin sayı da ixtisara düşür.

30-cu illərin əvvəllərində amerikan mehmanxanalarının 80%-i  müflis olmuşdu. Konrad Hilton öz biznesini satmaq məcburiyyətində qalır, amma həmin dövrdə otelləri idarə etməyin heç də asan olmadığı üçün, böyük iqtisadi depressiyanın sonuna yaxın Hilton Hotels şəbəkəsinin sahibləri onu şəbəkənin icraedici direktoru vəzifəsinə işə götürürlər. Sahiblər hətta biznes yenidən onun özünə satmağa da hazır olurlar.
Beləliklə addım-addım, yavaş-yavaş Konrad öz biznesini özünə geri qaytarır (o otelləri bir-bir alırdı).1949-cu ildə o artıq, Nyu-Yorkun ən təmtəraqları oteli olan Waldorf-Astoria-nı alır, Puerto-Riko şəhərində isə Hilton şəbəkəsinin ABŞ xaricində yerləşən ilk oteli açılır.

1954-cü ildə  Konrad Hilton Amerika tarixində ən iri sövdələşməni həyata keçirərək, bütün maliyyə dünyasını lərzəyə salır.  111 milyon dollara Hiltonun ən böyük rəqibi olan Statler Hotels kompaniyası alınır. Konradın özünə belə bir imkanlar verməsinin səbəbi 46-cı ildə Hilton   şəbəkəsinin açıq səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı idi, bunun sayəsində də Konrad kənardan əlavə vəsait cəlb edə bilirdi. Qeyd etmək lazımdır ki, həmin ana qədər  Konradın əlində iki kompaniya var idi, birincisi ABŞ-da  biznesi idarə edən Hilton Hotels və şirkətin ABŞ-dan kənarda beynəlxalq biznesinin təşviqi və irəlilədilməsi ilə məşğul olan Hilton International. Hilton otelləri getdikcə daha çox insanı cəlb etməyə başlayırdı. Öz uğurlarını kompaniyada belə izah edirdilər. Varlı insanlar  -istər biznesmen, istər kral ailəsinin üzvləri, şou biznes nümayəndələri, eləcə də sadə insanlar və orta təbəqənin nümayəndələri bezikdirici olmayan komforta ehtiyac duyurlar. Yəni komfort sakitlik gətirməli,  zəhlətökən olmalı deyil. Əsl gözəllik  və dəbdəbədə bundadır. Məhz bu fakt həm milyonçuların, musiqi və ya kino ulduzlarının, həm də orta təbəqədən olan insanların Hilton otelini seçməsinə səbəb olurdu. Onların hamısının seçimi bir idi –Hilton oteli.

Biri var  zəhlə tökməyən komfortu vəd edəsən, biri də var onu təmin edəsən.
Bəs bunu təmin etmək üçün edildi? Ilk növbədə, məhz Hilton şəbəkəsində otel vestibülündə çox da böyük olmayan köşklər peyda olmuşdu. Hiltona qədər heç kəs, otel nömrələrini kondisioner, avtomatik idarəetməli çıxış qapıları, zəngli saat və bir başa nömrə yığmaq rejimində quraşdırılmış telefonlar ilə təchiz etməmişdi (indi otelin qəbul şöbəsinə zəng edib sizi hansı isə nömrə ilə birləşdirməyi xahiş etmək lazım deyildi). Bundan əlavə Hilton öz otellərini böyük aeroportların və ya dəniz limanlarının  yaxınlığında tikirdi, bununla da onun turistlərə xüsusi endirimli paketlər (tur-otellər) təklif edə bilirdi
1966-cı ildə Konrad Hilton işlərdən uzaqlaşaraq, otellər şəbəkənin idarə edilməsini oğlu Barrona ötürür. Bundan sonra məşhur “otelye”(fransız dilində bu sözün necə səslənməsinə aşiq olan Konrad özünü məhz belə adlandrırdı) özünün avtobioqrafiyasını – “Mənim qonağım ol” adlı kitab yazır. Elə həmin zaman o, özünün xeyriyyə fondunun – Hilton Foundation əsasını qoyur. O, ölümündən sonra bütün var-dövlətini məhz bu fonda vəsiyyət edir. Konrad 1979-cu ildə Dallasda –ilk Hilton otelinin tikildiyi yerdə vəfat edər. Amma bu hekayə burda sona çatmır.

Barron Hilton atasının varidatına və xeyriyyəçilik fonduna olan varislik hüququnu məhkəmələr nəticəsində yenidən özünə qaytara bildi, düzdü bundan ötrü o, doqquz il vaxt sərf etməli oldu (burada haşiyəyə çıxaraq qeyd etmək istəyirəm ki, Konrad Hiltonun 8 övladı və 100-ə yaxın nəvəsi var idi, ona görə də bu ailənin soyadını daşıyan insanların sırası təkcə Peris Hilton ilə mədudlaşmır. Onları içərisində hələ də biznes ilə məşğul olan şəxslər var.  Etiraf etməyə dəyər ki, oğul biznesini idarəetmədə heç də atasından geri qalmırdı, hətta bir neçə həlledici dəyişikliyə də imza atmışdı. Birincisi kompaniya françayzinq modelinə keçdi. Düzdür bu ideyanın əsasını Konrad özü qoymuşdu, lakin onun gerçəkləşməsi Perrisin vaxtına təsadüf edir, o atasının bu işini axıra çatdırır. Ikincisi isə, 1973-cü ildə kompaniya məsafədən idarə edilən, Hiltron adlı sorğu-məlumat sistemi tətbiq etməyə başlayır. Müştəriyə sadəcə qaynar xəttə zəng etmək kifayət edir ki, o robotdan onu maraqlandıran bütün lazımı informasiyanı, o cümlədən hal-hazırda oteldə boş olan nömrələrin sayı barədə məlumat əldə etsin.1999-cu ildə sistem daha güclü Hilstar versiyası ilə əvəz olunur, bu sistem isə öz fəaliyyətində qlobal internet şəbəkəsinin bütün imkanlarında yararlanırdı.

Ümumiyyətlə isə informasiya texnologiyalarından danışsaq, həmin texnologiyalar digər şəbəkələr ilə müqayisədə ən tez məhz Hilton Hotels-də tətbiq edilirdi. Məsələn, artıq neçə illərdir ki, noutbuk istifadəçiləri  bütün Hilton otelləri şəbəkələrində simsiz internet xidmətindən istifadə edə bilərlər.
Bütün bunlardan başqa , Hilton qonaq evlərinin tarixində daha bir məqama diqqət yetirmək lazımdır. Bu otel və kazinoların birləşməsidir. İlk otel-kazinolar hələ 60-cı illərin sonunda, Konrad Hiltonun rəhbərliyi altında Las-Veqasda meydana çıxmışdı. Bu kompaniyanın tarixində atılmış ən mübahisəli addımlardan biri olmuşdu. Lakin qərar gec-tez nəyə qadir olduğunu göstərdi, 1987-ci ildə Hilton Hotels əsas fəaliyyəti  kazino və qumar oyunları ilə bağlı olan Ladbroke Group kompaniyası ilə birləşdi.

21-ci əsrdə elə alınır ki, Hilton ailəsinin mehmanxana biznesi onlara yalnız zərər gətirir, ailə itkilərə məruz qalır. Amma oyun biznesi isə nəinki daha gəlirli olmağa müyəssər olur, hətta ailə mehmanxana fəaliyyətinin itkilərini  qoyun biznesinin gəlirləri ilə aradan qaldırır.
2007-ci ildə Blackstone investisiya qrupu  Hilton ailəsindən onların bütün mehmanxana biznesini 26 milyard dollara alır. Eyni zamanda, bu məbləğdən 7,5 milyonu isə kompaniyanın borclarının ödənməsinə sərf olunur.

Demək lazımdır ki, indi Hilton Holetls şəbəkəsinin işləri o qədər də yaxşı  getmir. Gəlirlər tədricən azalır. Google isə Hilton sözü ilə bağlı sorğulara əfsanəvi otellər haqqında deyil, Barron Perisin nəvəsi haqqında informasiya təqdim edir. Bu xanım isə, necə deyirlər “heç nə etməyə-etməyə” bir çox Hiltonların yuxusuna girməyəcəyi qədər çox qazanır.

P.S. Konrad Hilton tərəfindən yazılmış “Mənim qonağım ol” kitabı bu gün də otel biznesi ilə məşğul olmaq istəyən insanlar üçün əvəzolunmaz bir vəsait rolunu oynayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...